Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı

Rövşən bəy Əfəndizadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Mir Rövşən bəy Əfəndiyev
Rövşən bəy Mustafa oğlu Əfəndizadə
Doğum tarixi 12 yanvar 1885(1885-01-12) (31 dekabr 1884)
Doğum yeri Şəki

Rövşən bəy Mustafa oğlu Əfəndizadə

Həyatı[redaktə | HTML redaktə]

Rövşən bəy Mustafa oğlu Əfəndizadə 31 dekabr 1884-də Şəki şəhərində doğulub. İlk təhsilə Şəki ibtidai "müsəlmani-rusi məktəbdə" (bunu daha çox "rus-tatar məktəbi" adlandırırlar) başlayıb, 1896-da Şəki rüşdiyyəsinə girib (rüşdiyyə progimnaziya tipli məktəbdi). Həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1901-də Bakı Sənaye Məktəbinə daxil olaraq burada iki il oxuyub.

Rövşən bəy 1904-də Şəki ibtidai məktəbində müəllimliyə başlayıb. Burada o həm müəllim, həm də nazir (baxıcı) işləyib. 1905-də Rusiyada inqilab baş verərkən imperiyanın hər yerində, o sıradan Azərbaycanda da ictimai mühit hədsiz gərginləşmiş, burada milli münaqişələr güclənmişdi. Bu zaman özəlliklə milli düşüncəli gənc aydınlar ortaya atılaraq sinələrini qabağa verirdilər. Onlardan biri də Rövşən bəy idi. O, milli və ictimai işlərə ciddi qarışdığından Gəncə əsgəri valisi (qeneral-qubernatoru) onun Qafqazdan sürgün edilməsi haqqında əmr verir. Təəssüf ki, Rövşən bəyin məhz hansı "suç"una görə bu cəzaya layiq görülməsi haqqında bu gün əlimizdə heç bir bəlgə və bilgi yoxdur. Ancaq təsəvvür edəcəyimiz budur ki, erməni-müsəlman davasında o, soydaşlarını hər vasitəylə müdafiə etdiyinə görə valinin qəzəbinə tuş gəlib. "Övraqi-nəfisə"nin yazdığına görə, şeyxülislam Pişnamazzadə və Əliəkbər bəy Rəfibəyov (1839-1919) kimi o çağın ən hörmətli kişiləri bu qərarın ləğvinə çalışaraq onun sürgündən qurtulmasına nail olublar. (Burada adı çəkilən "şeyxülislam Pişnamazzadə"nin şəkili Axund Fərəcullah Pişnamazzadə olduğunu düşünürük).

Görünür, sürgün əmri ləğv olunsa da Rövşən bəyin daha Şəkidə yaşamasına icazə verilməyib. Bu üzdən o, bir il də Qazax mahalında müəllimlik edib.

1908-dən Tiflis şəhərində müəllim işləməyə başlaması onun dünyagörüşünə, sözsüz ki, müsbət təsir göstərib, çünki o dönəmdə bu şəhər Qafqazın mərkəzi sayılırdı. Müəllim Rövşən bəy Əfəndizadə burada da yenə milli işlərdə önə çıxıb – xeyriyyə işlərində, dram cəmiyyətlərində və başqa məsələlərdə fəallıq göstərib.

Birinci Dünya savaşının acı nəticələrindən biri olaraq Tiflisə gətirilən Türkiyə hərbi əsirlərinin, əsir zabitlərinin buradakl yaşamının asanlaşdırılması, yüngülləşdirilməsi üçün R.b.Əfəndizadə hədsiz çalışıb. Qızğın Türk millətçisi və yurdsevəri olan bu kişi dərbədər düşmüş Türk balalarını xristian evlərindən bir yerə toplamaq üçün Tiflisdə yaradılan Darüleytamın (yetimlər evinin) təsisində də yaxından iştirak edib. Bu ağır dönəmdə "qaçqınlar baş vəkili" Xosrov paşa Sultanov’un (1879-1941) təklifi ilə bütün cəbhələri: Qarakilsə və Qarsdan tutmuş İrəvan və Gümrüyə qədər şəhərləri, qəsəbələri, kəndləri, qışlaları və xristian evlərini dönüb-dolaşaraq tapdığı yetimləri min məşəqqətlə toplayaraq Tiflisə gətirib.

Rusiyada 1917-ci il Fevral burjua inqilabından sonra Rövşən bəy Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsinin, Qafqaz Hərbi Şurasının üzvü olub.

Həmçinin bax[redaktə | HTML redaktə]

Mənbə[redaktə | HTML redaktə]