Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Rəcəb Abdurahmanov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəcəb Abdurahmanov
Abdurahmanov Rəcəb Çələbi oğlu
Rəcəb Abdurahmanov
Rəcəb Abdurahmanov.
Doğum tarixi 25 yanvar 1952(1952-01-25)
Doğum yeri Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 17 sentyabr 2023 (71 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vəfat səbəbi koronovirus pandemiyası
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Bakı Radio-elektrotexnika texnikumu, televiziya texnikası və radio-rele rabitəsi ixtisası (1970–1975)

 • M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsi (1975–)

Rəcəb Abdurahmanov (1952–2021) — radio-televiziya yayımları sahəsində tanınmış mütəxəssis. Müxtəlif illərdə Bakı şəhərindəki Teleqüllə Kompleksinə və Teleradio İstehsalat Birliyinə rəhbərlik edib.

Haqqında məlumatlar

25 yanvar 1952-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

1970 – 1975-ci illərdə Bakı Radio-elektrotexnika texnikumunda televiziya texnikası və radio-rele rabitəsi ixtisası üzrə təhsil alıb.

1975-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə daxil olub.

Əmək fəaliyyəti

1976 – 1997-ci illərdə Teleradio İstehsalat Birliyinin müxtəlif sex və sahələrində mühəndis-texniki vəzifələrdə çalışıb.

1997 – 2001-ci illərdə Bakı şəhərindəki Teleqüllə Kompleksinə,

2001 – 2004-cü illərdə isə Teleradio İstehsalat Birliyinə rəhbərlik edib.

2004-cü ildən Radio Televiziya Yayımı İstehsalat Birliyinin filialında rəis müavini olaraq əmək fəaliyyətini davam etdirib.

Vəfatı

17 sentyabr 2021-ci il tarixdə – 71 yaşında, koronovirus səbəbi ilə Bakıda vəfat edib.

Vəfatı

Ailəli idi, 4 övladı var.

Ədəbiyyat

  1. Teleradio İstehsalat birliyinin sabiq baş direktoru dünyasını dəyişib : [arx. 21 Sep 2021 - 6 Jul 2022] // Yeniavaz.com. — 2021. — 20 sentyabr. — Müraciət tarixi: 29.05.2023.