Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Rəfsan Həbibullayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Rəfsan Həbibullayev
Həbibullayev Rəfsan Namiq oğlu
Rəfsan Həbibullayev
Rəfsan Həbibullayev.
Doğum tarixi 15 may 2005(2005-05-15)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan

Rəfsan Həbibullayev — Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi. Bir sıra respublika və beynəlxalq fənn olimpiadalarının qalibi, yaxud mükafatçısıdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

15 may 2005-ci il tarixdə Şəkidə, hərbçi ailəsində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

2011 – 2012-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbində,

2012 – 2015-cü illərdə Bakı şəhər 299 saylı tam orta məktəbində təhsil alıb.

2015-ci ildən sonra isə orta təhsilini Bakı Dövlət Universiteti nəzdindəki “Gənc istedadlar” liseyində davam etdirir.

2021-ci ilin iyun ayında X sinfi bitirib, sentyabrdan 11-ci sinifdə oxuyacaq.

Fənn olimpiadalarında uğurları[redaktə | HTML redaktə]

2 – 11 dekabr 2019-cu il tarixində Qətərin paytaxtı Doha şəhərində yeniyetmələr arasında keçirilən təbiət elmləri fənni üzrə dünya olimpiadasında gümüş medal[1];

2019 – 2020-сi tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadasında fizika fənni üzrə 9-cu sinif şagirdləri arasında 1-ci yer[2];

19 – 26 iyun 2021-ci il tarixində Latviyada keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO 2021) həvəsləndirici mükafat[3].

Digər[redaktə | HTML redaktə]

2021-ci ildə hələ 10-cu sinifdə oxudığuna baxmayaraq SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanında iştirak etmiş və 1450 bal toplamışdır.

İstinadlar[redaktə | HTML redaktə]

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. 2019-2020-сi tədris ili üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qaliblərinin adlı siyahısı. https://edu.gov.az/. Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Arxivləşdirilib (30 sentyabr 2020).
  2. Liseyimizin şagirdləri Dünya çempionatının mükafatçıları olub. http://www.tdv-btl.edu.az/. Bakı Türk liseyi (13.12.2019). Arxivləşdirilib (3 Feb 2020 - 29 Jun 2020).
  3. Təhsil Nazirliyi: Şagirdlərimiz Avropa Fizika Olimpiadasında uğurla çıxış edərək medal qazanıblar. https://azertag.az. AZƏRTAC (27.06.2021). Arxivləşdirilib (27 iyun 2021).