Rəvanə Qurbanova
Rəvanə Qurbanova | |
---|---|
Qurbanova (Arabova) Rəvanə Söhrab qızı | |
![]() | |
Rəvanə Qurbanova. |
Rəvanə Qurbanova — tanınmış solo-ifaçı, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
21 iyun 1988-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2002-ci ildə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin xanəndəlik sinfini,
2006-cı ildə Şəki şəhər 19 saylı orta məktəbini bitirib.
2007 – 2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində bakalavr pilləsi üzrə,
2011 – 2013-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2019-cu ildən Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.
Sənət fəaliyyəti və uğurları[Vizual/Mobil redaktə | HTML redaktə]
2007-ci ildə keçirilən Televiziya muğam müsabiqəsində III yeri tutub. Həmin il Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb, adı gənc istedadların “Qızıl kitabı”na daxil edilib.
2017-ci il dekabr ayının 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında baş rolu – Leyli rolunu ifa edib.
2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində “Vətənim” adlı solo-konserti olub.
2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə “Oxu tar” adlı solo-konserti olub.
2021-ci ilin may ayının 12 – 13-də Şuşa şəhərində keçirilmiş tarixi “Xarıbülbül” musiqi festivalında solo-ifaçı kimi iştirak edib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, bir qızı və bir oğlu var.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Opera səhnəmizdə yeni Əsli və Leyli // Mədəniyyət : qəzet. — Bakı: Azərbaycan, 2017. — В. 1 dekabr. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 9 oktyabr 2021.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
...
...