Ramiz Orsər
Ramiz Yusifov | |
---|---|
Yusifov Ramiz Rəhim oğlu | |
Ramiz Orsər. | |
Təxəllüsü | Orsər |
Doğum tarixi | 20 avqust 1956 |
Doğum yeri | Qoxmuq, Nuxa rayonu (indiki Şəki rayonu), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Kirovabad Pedaqoji İnstitutu, azərbaycan dili və ədəbiyyatı fakültəsi (–1981) |
facebook səhifəsi |
Ramiz Orsər — şair və yazıçı, pedaqoq və ədəbiyyatşünas, Şəki Dövlət Regional Kollecinin sabiq müəllimi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
20 avqust 1956-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Qoxmuq kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1973-cü ildə Qoxmuq kənd orta məktəbini,
1981-cı ildə Kirovabad Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Müxtəlif illərdə Şəki şəhər Könüllü Kitabsevərlər Cəmiyyətinin məsul katibi,
Azərbaycan KP Şəki şəhər komitəsində təlimatçı,
Şəki şəhər İcra hakimiyyəti aparatında baş məsləhətçi,
Bakı Dövlət Universitetinin Şəki filialında və Şəki Pedaqoji Kollecində və Şəki Dövlət Regional Kollecinində müəllim vəzifəsində çalışıb.
Yaradıcılığı[redaktə | HTML redaktə]
1986–2019-cu illər arasında 16 kitabı çap olunub.
Öz şeir və hekayələri ilə yanaşı, çoxlu sayda şəxsin bioqrafik məlumatlarını da toplayıb çap etdirib. 856 səhifəlik “Şəkidən gələn səslər” kitabı 237 şəkili şair və yazıçının bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarətdir. “Haqqın səsi” kitabı isə bütünlüklə Şirməmməd Hüseynovun həyat və fəaliyyətinə həsr edilib.
Kitablarının siyahısı[redaktə | HTML redaktə]
- Şəkil Şəki (1986);
- Mən güney çiçəyiyəm (1997);
- Bir görüş nəğməsi (1998);
- Adına qurban (2001);
- Mamay Məmməd (2001);
- Məhəbbət ovu (2003);
- Vətən nəğməsi (2004);
- Yaşıl səs – Çingiz və kamerası (2006);
- Yaxşılıq (2007);
- İşıq məbədi – həmmüəllif (2010);
- Yaxşılıq etməkdən doymayan adam (2011);
- İşıqlı ömür yolu (2011);
- Bu vətəndə (2013 – 2014);
- Qarabağ dərdi (2015);
- Şəkidən gələn səslər (2018);
- Haqqın səsi (2019).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Orsər R. Ramiz Orsər // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 592. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- 20 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 1956-cı ildə doğulanlar
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr