Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Süleyman bəy Əbdürrəhmanbəyov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Süleyman bəy Əbdürrəhmanbəyov
Əbdürrəhmanbəyov (Əbdürrəhmanbəyzadə, yaxud Hacıəbdürrəhmanbəyzadə) Süleyman bəy Səlim bəy oğlu
Süleyman bəy Əbdürrəhmanbəyov
Süleyman bəy Əbdürrəhmanbəyov.
Doğum tarixi (27 iyul) 8 avqust 1860(1860-08-08)
Doğum yeri Qarabaldır, Nuxa qəzası, Bakı quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfatı +1921
Atası Səlim bəy Hacı Əbdürrəhman bəy oğlu
Anası Fatma xanım Hacı Əbdürrəhim bəy qızı
İxtisası müəllim
Təhsili Tiflis Aleksandr Müəllimlər İnstitutu (1883–1887)
Fəaliyyəti 1887–1917

Süleyman bəy Əbdürrəhmanbəyov (1860–+1921) — XIX əsrin sonuncu rübündə və XX əsrin birinci rübündə, müxtəlif illərdə indiki Azərbaycan Respublikasının ərazisindəki bir neçə kəndin məktəbində, həmçinin Nuxa və Bakı şəhər məktəblərində dərs demiş tanınmış pedaqoq. Ədəbi-publisistik yaradıcılığa da meyl edib və dövri-mətbuatda yazıları çap olunub.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

8 avqust (27 iyul) 1860-cı il tarixdə Nuxa qəzasının Qarabaldır kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1878 – 1883-cü illərdə Nuxa şəhər üçsinifli məktəbində,

1883 – 1887-ci illərdə Tiflis Aleksandr Müəllimlər İnstitutundan təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1887-ci ildən Şuşa qəzasının Tuğ kəndinə müəllim,

1888 – 1899-cu illərdə Xaçmaz (indiki Oğuz rayonunda), Bum (indiki Qəbələ rayonunda), Gülablı (indiki Ağdam rayonunda) və Padar (indiki Oğuz rayonunda) kənd məktəblərində müdir işləyib.

1899-cu ildə Nuxa şəhər 1-ci ictimai rus-tatar məktəbinə müəllim keçirilib.

1901-ci ildən Bakı şəhər məktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayıb.

1917-cu ilin sonlarında Bakı 3-cü ali ibtidai məktəbinin müəllimi vəzifəsində çalışarkən, Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə ərizə ilə müraciət edərək xidmətdən çıxmış sayılmasını və 16 illik şəhər xidmətinin qarşılığında ona təqaüd təyin edilməsi üçün Şəhər Duması qarşısında vəsatət qaldırılmasını xahiş edib.

İctimai-siyasi aktivliyi[redaktə | HTML redaktə]

1906-cı ildə keçirilmiş Azərbaycan müəllimlərinin birinci qurultayında ən çox fəallıq göstərən müəllimlərdən biri olub.

1910-cu ildə Müsəlman Maarif Cəmiyyətinin “Nicat” qəzetinin redaksiya heyətinə üzv seçilib.

Ədəbi-publisistik fəaliyyəti[redaktə | HTML redaktə]

“Dəbistan” pedaqoji jurnalında “Qüreyş tərlanı” adlı məqaləsi (26 aprel 1907) və “Dil millətin həyatına vasitədir” məqaləsi (10 mart 1908), “Nicat” qəzetində bir hekayəsi (1911-ci il, № 12) və Mirzə Fətəli Axundzadənin yubileyi haqqında məqaləsi (1911-ci il, № 56) dərc olunub.

Maraqlı[redaktə | HTML redaktə]

Məşhur müəllim və uşaq yazıçısı Süleyman bəy Axundov öz adının məhz Süleyman bəy Əbdürrəhmanbəyovun adından fərqlənməsi üçün özünə “Süleyman Sani” (yəni “ikinci Süleyman”) təxəllüsünü götürüb.

Həyatının son illəri[redaktə | HTML redaktə]

1 iyul 1921-ci il tarixdə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Kollegiya iclasında Maarif və Sosialist Mədəniyyəti İşçiləri Birliyinin həmin vaxt iflic vəziyyətində və hədsiz ağır maddi durumda olan 35 il xidmət etmiş müəllim Süleyman bəy Əbdürrəhmanbəyova birdəfəlik 1 000 000 manat məbləğində yardım verilməsi və ona özəl sosial təminat kəsilməsi haqqında xahişinə baxılmışdır. Kollegiya həmin məbləği ödəməyi qərara almış və Xalq Komissarları Şurası qarşısında Süleyman bəy Əbdürrəhmanbəyova müəllimlərin orta əməkhaqqı hesabı ilə aylıq sosial yardım göstərilməsi haqqında vəsatət qaldırmışdır.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Mərdanov M., Tahirzadə Ə. ƏBDÜRRƏHMANBƏYZADƏ (HACIƏBDÜRRƏHMANBƏYZADƏ) Süleyman bəy Səlim bəy oğlu // 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar (ensiklopedik soraq kitabı). — Bakı: Təhsil, 2019. — II  cild. — Səh.: 172-178. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 28 avqust 2021.