Səadət Çələbiyeva
Səadət Çələbiyeva | |
---|---|
Çələbiyeva Səadət Məmməd qızı | |
Səadət Çələbiyeva, 2009-cu il. | |
Anadan olub | 31 iyul 1955 |
Anadan olduğu yer | İnçə, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Uşaqları | Aynur Məsimova, Gunel Qulamova, Elnur Rəsulov |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili |
• Şəki Pedaqoji Texnikumu (1970–1973); • V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (1975–1980) |
Səadət Çələbiyeva — Şəki şəhər 7 saylı orta məktəbinin azərbaycan dili və ədəbiyyatı fənni müəllimi və ibtidai siniflər üzrə tədris hissə müdiri. Şəki radiosunun sonuncu diktoru olub.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
31 iyul 1955-il tarixdə Nuxa (indiki Şəki) rayonunun İnçə kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1962 – 1970-ci illərdə Nuxa şəhər 3 №-li orta məktəbində,
1970 – 1973-cü illərdə Şəki Pedaqoji Texnikumunun məktəbəqədər fakültəsində,
1975 – 1980-cı illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1980-cı ildən Şəki 7 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir; o cümlədən,
1987-ci ildən həm də ibtidai siniflər üzrə tədris hissə müdiridir.
1984 – 1994-cü illərdə Şəki radiosunun diktoru olub.
Digər[redaktə | HTML redaktə]
Radioda işləyərkən Qarabağ şəhidləri barədə silsilə verilişlər hazırlamış və səsləndirmişdir.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |