Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Telman Muxtarlı

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Telman Muxtarlı
Muxtarlı (Muxtarov) Telman Ziya oğlu
Telman Muxtarlı
Telman Muxtarlıya fəxri fərman təqdim edilərkən, 2009-cu il.
Şəxsi məlumatlar
Doğum tarixi 27 fevral 1951(1951-02-27)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 26 aprel 2010 (59 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Həyat yoldaşı Elmira Ramiz qızı Xəlifəzadə
Təhsili

Şəki Musiqi Texnikumu (tar ixtisası üzrə)

Azərbaycan İnşaat Mühəmdisləri Universiteti, memarlıq fakültəsi

Telman Muxtarlı (1951–2010) — tanınmış musiqiçi, aranjemançı, Şəkinin “Zirvə” vokal-instrumental ansamblının rəhbəri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

27 fevral 1951-ci il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Şəki Musiqi Texnikumunu (tar ixtisası üzrə) bitirib.

Daha sonra Azərbaycan İnşaat Mühəmdisləri Universitetnin memarlıq fakültəsində təhsil alıb.

Yaradıcı fəaliyyəti[redaktə | HTML redaktə]

Telman Muxtarov, 1980-cı illərin əvvəlləri.

1971 – 2010-cu illərdə Şəkinin “Zirvə” vokal-instrumental ansamblının rəhbəri olub. Onun rəhbərliyinin ilk dövrlərində ansambl tez-tez Şəkidə və ətraf rayonlarda konsert proqramları ilə çıxış etmişdir; o cümlədən,

1978-ci ildə Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Festivalında qızıl medala layiq görülmüş,

1979-cu ildə Azərbaycan Televiziyasının “Gənclik estradası” yarışmasının qaliblərindən biri olmuşdur.

Sonrakı illərdə Rusiyanın Taqanroq şəhərində və Tümen vilayətində, həmçinin, Türkiyədə keçirilən festivallarda və digər tədbirlərdə də konsert proqramları ilə çıxışları olub.

Vəfatı[redaktə | HTML redaktə]

26 aprel 2010-cu il tarixdə – 59 yaşında, Şəkidə vəfat edib.