Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Ulduz Paşayeva

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ulduz Paşayeva
Paşayeva Ulduz Şamil qızı
Ulduz Paşayeva
Ulduz Paşayeva.
Doğum tarixi 14 sentyabr 1959 (1959-09-14) (64 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Paşayev Elçin Arif oğlu
Uşaqları Paşayev Arif və Məmmədli Vəfa
Atası Rəhimov Şamil Abdulcabbar oğlu
Anası Rəhimova Nuriyə Əhməd qızı
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, məktəbəqədər təhsilin pedaqogikası və metodikası fakültəsi (1977–1982)
Adının digər versiyaları Ulduz Pashayeva, Улдуз Пашаева, Улдуз Пашајева

Ulduz Paşayeva — tanınmış təhsil işçisi və pedaqoq, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Şəki rayon təhsil sektorunun məsləhətçisi.

Haqqında məlumatlar

14 sentyabr 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1977 – 1982-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun məktəbəqədər təhsilin pedaqogikası və metodikası fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1976 – 1977-ci illərdə Əli Bayramov adına tikiş fabrikində tikişçi,

1982-ci ildə əvvəl V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin 2 №-li filialında qeydiyyatçı, sonra isə 2 oktyabr tarixinədək müxtəlif uşaq bağçalarında əvəzçilik üzrə müdir və tərbiyəçi işləyib.

2 sentyabr 1982-ci il tarixdən Şəki şəhər Xalq Maarif şöbəsində məktəbəqədər təlim tərbiyə müəssisələri üzrə inspektor vəzifəsinə təyin olunub.

İkinci iş yerləri

Müxtəlif illərdə Şəki Müəllimləri Təkmilləşdirmə İnstitunda, Şəki Pedaqoji KollecindəAzərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında pedaqogika və psixologiya fənlərini tədris edib.