Vüsalə Ağabəyli
Vüsalə Ağabəyli | |
---|---|
Ağabəyli Vüsalə Elxan qızı | |
![]() | |
Vüsalə Ağabəyli. |
Vüsalə Ağabəyli — filologiya üzrə elmlər doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
18 iyun 1984-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1990 – 2001-ci illərdə Şəki şəhər 18 saylı orta məktəbində təhsil alıb.
1992 – 1999-cu illərdə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.
2001 – 2007-ci illərdə Azərbaycan Dillər Universitetində filologiya (xarici dil) ingilis dili müəllimi ixtisası üzrə bakalavr,
2005 – 2007-ci illərdə isə dilşünaslıq (xarici dil) ingilis dili ixtisası üzrə magistr təhsili alıb.
2020 – 2025-ci illərdə Azərbaycan Dillər Universitetinin dünya ədəbiyyatı (ingilis ədəbiyyatı) ixtisası üzrə dissertantı olub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2015-cı ildə german dilləri (5708.01) ixtisası üzrə “İngilis dilinin ABŞ və Kanada variantlarının formalaşmasında linqvokulturoloji amillərin rolu” adlı dissertasiya işini müdafiə edib.
2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi,
2019-cu ildə dosent elmi adını,
20 iyun 2025-ci il tarixdə isə Dünya ədəbiyyatı (ingilisdilli ədəbiyyat) ixtisası üzrə filologiya elmləri doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2002 – 2005-ci illərdə “Xural” qəzetində tərcüməçi-redaktor işləyib.
2005 – 2012-ci illərdə ADU-nun linqvokulturologiya kafedrasında əvvəl laborant, sonra saathesabı müəllim,
2012 – 2017-ci illərdə əvvəl müəllim, sonra baş müəllim, daha sonra dosent,
2017 – 2019-ci illərdə isə filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb.
2021 – 2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin,
2021 – 2023-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin,
2023-cü ildə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Sabah mərkəzlərində müəllim,
2023-cü ildən Azərbaycan Dillər Universitetində Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri olub.
2024-cü ildən isə Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiridir.
İctimai fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2017 – 2019-ci illərdə ADU-nun YAP Qadınlar Şurasının sədri olub.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
...
...