Vüqar Abdurahmanov
Vüqar Abdurahmanov | |
---|---|
Abdurahmanov Vüqar Əbülfət oğlu | |
Vüqar Abdurahmanov. | |
Doğum tarixi | 29 may 1972 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı (baş müəllim) |
Elmi dərəcəsi | riyaziyyat üzrə fəlsəfə doktoru |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti, mexanika-riyaziyyat fakültəsi (1989–1994) |
facebook səhifəsi |
Vüqar Abdurahmanov — riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının baş müəllimi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
29 may 1972-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1978 – 1988-ci illərdə Qoxmuq kənd orta məktəbində,
1989 – 1994-сü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin/Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiretinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
2011-ci ildə “Markov zəncirinin trayektoriyasinin səviyyəyə birinci dəfə çatma anları üçün limit teoremləri və onların tətbiqləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
2-si xaricdə olmaqla çapdan çıxmış 42 elmi əsərin müəllifidir.
2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasında doktorluq işinin mövzusu təsdiq olunub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2004 – 2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında müəllim,
2009 – 2015-ci illərdə isə baş müəllim vəzifəsində çalışıb.
2014 – 2020-ci illərdə həm də AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi olub.
2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllimdir.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Şəki REM-in fəlsəfə doktorları : Abdurahmanov Vüqar Əbülfət oğlu : [arx. 14.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 14.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |