Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Xatirə Səlimli

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Xatirə Səlimli
Səlimli Xatirə Səlimli
Xatirə Səlimli
Xatirə Səlimli.
Anadan olub 5 sentyabr 1963 (1963-09-05) (61 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Mirbala Səlimli
Atası Zahid Mustafayev
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, mədəni–maarif fakültəsi, klub işinin təşkilatçı metodisti şöbəsi (1982–1986)
facebook səhifəsi

Xatirə Səlimli — mədəniyyət sahəsi üzrə tanınmış kadr, II dərəcəli dövlət qulluqçusu, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin məsləhətçisi.

Haqqında məlumatlar

5 sentyabr 1963-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1982 – 1986-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsində klub işinin təşkilatçı metodisti ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyəti

1986-ci ildən Şəki rayon mədəniyyət şöbəsində avtoklub müdiri,

1989-cu ildə Şəki rayon mədəniyyət evinin metodisti,

1992-ci ildən Şəki rayon mədəniyyət şöbəsinin inspektoru,

1993-cü ildən Şəki şəhər mədəniyyət şöbəsinin baş inspektoru,

2003-cü ildən Şəki şəhər mədəniyyət şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2018-ci ildən Şəki Regional Mədəniyyət İdarəsində,

2023-cü ildən isə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsində məsləhətçi vəzifəsində çalışır.

Ailəsi

Ailəlidir, 2 övladı, 2 nəvəsi var.

Ədəbiyyat

  1. Struktur və əməkdaşlar : Səlimli Xatirə Zahid qızı : [arx. 07.09.2024] // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi. — Müraciət tarixi: 13.03.2022.