Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur.

Xavər Yusifova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Xavər Yusifova
Yusifova Xavər Abdulla qızı
Xavər Yusifova
Xavər Yusifova.
Şəxsi məlumatlar
Doğum tarixi 11 may 1960(1960-05-11)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 23 dekabr 2020 (60 yaşında)
Peşəsi müğənni
Ləqəbi Xavər Abdullaqızı

Xavər Yusifova (1960–2020) — tanınmış vokal ifaçısı. 2005-ci ildən səhnə fəaliyyətini dayandırmış və ibadətlə məşğul olmuşdur.

Haqqında məlumatlar

11 may 1960-cı ildə Bakıda anadan olub. Əslən Şəki rayonunun Böyük Dəhnə kəndindəndir.

Təhsili

Bakı şəhər 190 №-li orta məktəbini və Bakı şəhər 12 №-li musiqi məktəbini bitirib.

Musiqiçi fəaliyyəti

11 yaşından “Qırmızı qərənfil” məktəblilər ansamblında,

1977-ci ildən Aqşin Quliyevin rəhbərlik etdiyi “Şənlik” ansamblında, daha sonra İslam Rzayevin rəhbərlik etdiyi ansamblda çıxış etməyə başlayıb. O cümlədən “Təranə” gənclik ansamblında da tez-tez çıxış edib. On beş ildən artıq müddət ərzində Azərbaycan Konsert Birliyinin solisti olub. Daha sonra isə Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi “Günaydın” ansamblında çalışıb.

Vəfatı

23 dekabr 2020-ci il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Qarayev Z. Müğənni Xavər Yusifova // Dəhnə ziyalıları. — Bakı: Şuşa, 2000. — Səhifələrin sayı:  152. — Səh.: 78-80. — 500 nüsx.

Aidiolar