Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Changes

Jump to navigation Jump to search
Səhifəni '{{Musiqiçi |Şəkil = Aziza BakuJazz2007.jpg |Şəkil məlumat = Bakı Beynəlxalq Caz Festivalı – 2007 |Şəkil miqyası = 250 |Adı = Əzizə M...' ilə yarat
{{Musiqiçi
|Şəkil = Aziza BakuJazz2007.jpg
|Şəkil məlumat = Bakı Beynəlxalq Caz Festivalı – 2007
|Şəkil miqyası = 250
|Adı = Əzizə Mustafazadə
|Tam adı = Əzizə Vaqif qızı Mustafazadə
|Digər adları = Aziza Mustafa Zadeh
|Doğum tarixi = {{doğum tarixi və yaşı|1969|12|19}}
|Doğum yeri = [[Bakı]], [[Azərbaycan SSR]], [[SSRİ]]
|Vəfatı =
|Vəfat yeri =
|Vəfat səbəbi =
|Dəfn Yeri =
|Peşəsi = [[Müğənni]], [[pianoçu]], [[bəstəkar]]
|Musiqi aləti = [[Piano]], [[vokal]]
|Fəaliyyəti = solo ifaçı
|Üslub = [[Caz]]
|Fəaliyyət illəri = 1991–indiyə kimi
|Albom şirkəti = Columbia Records<br/>Sony Corporation
|Mənşə = [[Azərbaycanlılar|Azərbaycanlı]] (atası)<br/>[[Gürcülər|Gürcü]] (anası)
|Rəsmi vebsaytı =
|Mükafatları = {{Azərbaycan Respublikasının xalq artisti|2018}}
|Commons = Aziza Mustafa Zadeh
}}

'''Əzizə Vaqif qızı Mustafazadə''' ({{comment|d.|doğum}} [[19 dekabr]] [[1969]], [[Bakı]], [[Azərbaycan SSR]], [[SSRİ]]) — Azərbaycan Respublikasının Xalq artisti ([[2018]]), dünyada ''Aziza Mustafa Zadeh'' olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. [[Azərbaycan musiqisi]]ndə ilk dəfə [[muğam]] ilə [[caz]] musiqisini birləşdirən [[Vaqif Mustafazadə]]nin qızıdır.

== Həyatı ==
Əzizənin atası [[Vaqif Mustafazadə|Vaqif]], anası isə [[Eliza Mustafazadə]]dir. Vaqif, Əzizənin də bu gün davamçısı olduğu caz-muğam musiqi növünün yaradıcısı, məşhur bəstəkar və pianoçudur. Eliza isə gürcü mənşəli müğənnidir.

Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər. Əzizə, anasının ona danışdığı belə bir əhvalatdan bəhs edir: "Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan [[Şur]] muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət [[Rast]]a keç. Rastı çal'. O da çalmağa başlayıb. Rast isə şən və ritmik melodiyalarla səciyyələnir. Əlbəttə ki, göz yaşım hələ də yanaqlarımdan süzülərkən mən rəqs elər kimi hərəkətlər etməyə başlamışam. Anam səslənir ki, 'Bax, bax gör o neyləyir!? Yenə Şuru çal!' Atam Şuru çalmağa başlayanda, bu dəfə daha da bərkdən ağlamışam. Ən azından, bu onların mənə söylədiyidir. Yenidən Rast çalınanda, mən də təzədən rəqs eləməyə başlamışam."

Əzizə incəsənətin bütün növlərinə qarşı maraq göstərirdi, xüsusilə rəssamlıq, rəqs və ifaçılıq. İlk dəfə səhnəyə hələ üç yaşında ikən atasıyla birlikdə bədahətən mahnılar ifa edərək çıxmışdır. Sonralar o bədahət-improvizasiya sənətində artan bir bacarıq nümayiş etdirmişdir. Klassik piano təhsilinə kiçik yaşlarında başlamış, [[İohann Sebastyan Bax]] və [[Frederik Şopen]] kimi bəstəkarların əsərlərinə xüsusi maraq göstərmişdir.

Dekabrın 16-sı [[1979]]-cu ildə, Əzizənin 10-cu yaşının tamam olmasına 3 gün qalmış atası 39 yaşında, [[Daşkənd (Özbəkistan)|Daşkənddə]] ürək tutmasından vəfat edir.

Atasını çox sevən Əzizənin bu böyük itkini qarşılaya bilməsi üçün anası öz müğənnilik karyerasını buraxır və qızının yüksək istedadının inkişafına da köməkçi olur.
[[Şəkil:Aziza_%28debut_pic%29.jpg|thumb|Aziza Mustafa Zadeh (1991)]]
17 yaşında [[Vaşinqton|Vaşinqton şəhərind]]ə Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür.

Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. İkinci albomu [[Always (Əzizə Mustafazadə)|Always]] albomu ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. Sonuncu çıxan albomu [[Contrasts II]] (2007)-dur.

[[27 may]] [[2018-ci il]]də Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.<ref>{{cite web |url=https://president.az/articles/28792 |title=Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı |author=President.Az |date= 27.05.2018|work= |publisher=[http://www.president.az President.az] |accessdate=2018-05-27 |language=az }}</ref>

Əzizə Mustafazadə, anası [[Eliza Mustafazadə]] ilə birlikdə [[Almaniya]]da yaşayır.<ref name="modern.az">{{cite web|url=http://modern.az/articles/72368/1/ |title=Dünyaca məşhur azərbaycanlı xanımlar |author=Vüqar İsmayılov |date=14.02.2015 |work= |publisher=modern.az |accessdate=2015-04-17 |language=az}}</ref>

== Bakı Caz Festivalı 2007 ==
Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıtmışdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert vermişdir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirmişdir. Həmin konsertdə 'Shamans'-ın çox möhtəşəm bir ifasını nümayiş etdirmişdir.

== Əlavə ==
* Əzizənin 5-ci albomunun adı, Jazziza(Cazziza), atasının uşaq ikən ona verdiyi ləqəbidir. Onun atasına ithaf etdiyi çoxlu musiqiləri vardır.
* Əzizənin ondan böyük Lalə adında, eyni zamanda pianoçu olan ögey bacısı vardır.

== Diskləri ==
* ''[[:az:Aziza Mustafa Zadeh]]'' ([[1991]])
* ''[[:az:Always (Əzizə Mustafazadə)|Always]] '' ([[1993]])
* ''[[:az:Dance of Fire]]'' ([[1995]])
* ''[[:az:Seventh Truth]]'' ([[1996]])
* ''[[:az:Jazziza]]'' ([[1997]])
* ''[[:az:Inspiration]]'' ([[2000]])
* ''[[:az:Shamans]] '' ([[2002]])
* ''[[:az:Contrasts]]'' ([[2006]])
* ''[[:az:Contrasts II]]'' ([[2007]])

== İstinadlar ==
{{İstinad siyahısı}}

== Xarici keçidlər ==
* [http://www.azizamustafazadeh.de Əzizə Mustafazadənin rəsmi saytı]
* [http://www.azer.com/aiweb/categories/magazine/44_folder/44_articles/44_aziza.html Azerbaijan International saytından bir məqalə]
* [http://www.allaboutjazz.com/php/article.php?id=1227 AllAboutJazz.com: Aziza Mustafa Zadeh: Body and Soul and Mugam!]
* [http://www.deccaclassics.com/features/aziza/index.html Aziza Mustafa Zadeh auf Deutsch]

Naviqasiya menyusu