Əzizə Mustafazadə
Əzizə Mustafazadə | |
---|---|
Mustafazadə Əzizə Vaqif qızı | |
Əzizə Mustafazadə. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 dekabr 1969 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Peşələri | müğənni, pianoçu, bəstəkar |
Atası | Vaqif Mustafazadə |
Anası | Elza Mustafazadə (Bandzeladze) |
|
|
Üslub | caz |
Musiqi aləti | fortepiano |
Fəaliyyət illəri | 1991-ci ildən |
Albom şirkəti |
Columbia Records Sony Corporation |
Mükafatları | |
https://www.azizamustafazadeh.de/ | |
Commonsda da Əzizə Mustafazadə ilə əlaqəli mediafayllar var |
Əzizə Mustafazadə — dünyada tanınmış pianoçu, bəstəkar və caz ifaçısı, Azərbaycan Respublikasının xalq artisti. 1989-cu ildən Almaniyada yaşayır və dünyada Aziza Mustafa Zadeh adı ilə tanınmışdır. Caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin qızıdır.
Haqqında məlumatlar
19 dekabr 1969-cu ildə Bakıda, musiqiçi ailəsində anadan olub.
10 yaşı olarkən – 1979-cu ildə, atası vəfat edib.
17 yaşında anası ilə Almaniyaya köçüb və həmin vaxtdan anası ilə orada yaşamaqdadır.
Yaradıcılığı
1989-cu ildə 17 yaşında Vaşinqtonda (ABŞ) Teloyenus Monk adına piano müsabiqəsində birinci yer tutub.
1991-ci ildə “Aziza Mustafa Zadeh” adı ilə ilk musiqi albomu buraxılıb.
İkinci musiqi albomu olan “Always”a görə Almaniya Səs-Akademiyası Mükafatına və Soninin Exo Mükafatına layiq görülüb.
2018-ci ildə “Azərbaycan Respublikasının xalq artisti” fəxri adını alıb.
Diskləri
- Aziza Mustafa Zadeh (1991).
- Always (1993).
- Dance of Fire (1995).
- Seventh Truth (1996).
- Jazziza (1997).
- Inspiration – Colors & Reflections (2000).
- Shamans (2002).
- Contrasts (2006).
- Contrasts II (2007).
- Generations (2020).
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |