Changes

Jump to navigation Jump to search
5.698 bayt əlavə edildi ,  01:13, 17 mart 2020
Səhifəni 'Kateqoriya:C{{Musiqiçi | Ad = Cövdət Hacıyev | Şəkil = Cövdət Hacıyev 1962-ci ildə.jpg | Şəkil başlığı = | Şəki...' ilə yarat
[[Kateqoriya:C]]{{Musiqiçi
| Ad = Cövdət Hacıyev
| Şəkil = Cövdət Hacıyev 1962-ci ildə.jpg
| Şəkil başlığı =
| Şəkil ölçüsü = 230
| Fəaliyyəti =
| Doğum adı =
| Ləqəblər =
| Təvəllüdü = {{doğum tarixi|1917|6|5}}
| Doğum yeri = [[Şəki]]
| Vəfatı = {{vəfat tarixi və yaşı|2002|1|18|1917|6|5}}
| Ölüm yeri = [[Bakı]], {{AZE}}
| Dəfn yeri =
| Mənşə =
| Musiqi aləti =
| Səs tembri =
| Üslub = [[Simfoniya]]<br>[[Opera]]
| Peşə = bəstəkar
| Fəaliyyət illəri =
| Albom şirkəti =
| Veb saytı =
| Əhəmiyyətli alətlər =
| Mükafatları = {{SSRİ dövlət mükafatı}}{{Stalin mükafatı}}{{Stalin mükafatı}}<br>{{"Lenin" ordeni}} {{"Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ)}}
{{"Şöhrət" ordeni (Azərbaycan)}}
| IMDB =
}}

'''Hacıyev Əhməd-Cövdət İsmayıl oğlu''' — tanınmış Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının rektoru və professoru, SSRİ Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti.

== Həyatı ==
Cövdət Hacıyev 1917-ci ildə Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında, 1938–1941-ci illərdə isə Moskva Konservatoriyasında oxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şostakoviçin sinfini bitirmişdir. 1947-ci ildən ömrünün sonuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, [[Bakı Musiqi Akademiyası|Bakı Musiqi Akademiyasında]] dərs demiş, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil ocağının rektoru vəzifəsində çalışmışdır.

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur.

Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat etmişdir.

* Rəqqasə [[Əminə Dilbazi]]nin həyat yoldaşıdır.

== Fəaliyyəti ==
Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. [[Qara Qarayev]]lə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortopiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövət mükafatına layiq görülmüşdür.

Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Onun simfonik musiqisini qəhrəmanlıq motivləri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü səciyyələndirir. Bəstəkar bu simfoniyalarda Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən, inkişaf prinsiplərindən məharətlə istifadə etmişdir. Cövdət Hacıyev həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.

Cövdət Hacıyevin "Zirvələrə" adlanan altıncı və "Şəhidlər" adlı yeddinci simfoniyaları sənətkarın vətəndaşlıq mövqeyinin parlaq ifadəsidir. "Şəhidlər" simfoniyası Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunub.

Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası Azərbaycanın prezidenti [[Heydər Əliyev]]ə həsr olunub.

== Filmoqrafiya ==
# [[Ordenli Azərbaycan (film, 1938)]]

== Xatirəsi ==
[[7 fevral]] [[2017]]-ci ildə [[Azərbaycan Respublikasının Prezidenti]] [[İlham Əliyev]] Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında [[sərəncam]] imzalamışdır<ref>{{cite web |url=http://www.e-qanun.az/framework/34777 |title=''"Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında"'' [[Azərbaycan Respublikası Prezidenti]]nin [[7 fevral]] [[2017-ci il]] tarixli, 2657 nömrəli [[Sərəncam]]ı |author=[[president.az]] |date= 07.02.2017|work= |publisher=[[e-qanun.az]] |accessdate=2018-09-30 |language=az}}</ref>.

== Mənbə ==
* [[Rəşid Şəfəq]]. "Novator bəstəkar" //Odlar yurdu.- 1993,- 30 yanvar.- № 2-3.- səh. 3.

== İstinadlar ==
{{İstinad siyahısı}}



[[Kateqoriya:Cövdət Hacıyev| ]]
[[Kateqoriya:SSRİ bəstəkarları]]
[[Kateqoriya:Azərbaycan bəstəkarları]]
[[Kateqoriya:Azərbaycanlı bəstəkarlar]]
[[Kateqoriya:Azərbaycan SSR xalq artistləri]]
[[Kateqoriya:Opera bəstəkarları]]
[[Kateqoriya:Azərbaycan kino bəstəkarları]]
[[Kateqoriya:Şəkidə doğulanlar]]
[[Kateqoriya:Bakıda vəfat edənlər]]
[[Kateqoriya:Bakı Musiqi Akademiyasının məzunları]]

Naviqasiya menyusu