Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Yevgeniya Bəkirova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Yevgeniya Bəkirova
Bəkirova Yevgeniya Məmmədəmin qızı
Yevgeniya Bəkirova
Yevgeniya Bəkirova.
Doğum tarixi 26 yanvar 1954(1954-01-26)
Doğum yeri Feodosiya, Flag of the Ukrainian Soviet Socialist Republic (1949–1991).svg Ukrayna SSR, Flag of the Soviet Union.svg SSRİ
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi, Ekoloji biofizika şöbəsi (rəhbər)
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi, axşam şöbəsi (1971)
Atası Məmmədəmin Bəkirov

Yevgeniya Bəkirova — AMEA Şəki Regional Elmi Mərkəzin Ekoloji biofizika şöbəsinin rəhbəri.

Haqqında məlumatlar

26 yanvar 1954-cü il tarixdə Feodosiyada (Ukrayna) anadan olub.

Təhsili

1971-ci ildə Bakıda orta məktəbi bitirib və S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin fizika fakültəsinin axşam şöbəsinə daxil olub.

Əmək fəaliyyəti

1971-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunda I dərəcəli elektromontajçı olaraq əmək fəaliyyətinə başlayıb. Sonra dərəcəsi VI dərəcəyədək yüksəlib.

1974-cü ildən Fizika İnstitutunun Yarımkeçiricilərdə qeyri-taraz elektron prosesləri laboratoriyasında baş laborant,

1975 – 1978-ci illərdə Azərbaycan SSR EA-nın “Kaspi” Elmi Mərkəzində və Xüsusi Konstruktor Bölməsində mühəndis vəzifəsində çalışıb.

Hal-hazırda AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin rəhbəridir.

Ədəbiyyat

  1. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirovanın 70 illik yubileyi qeyd olunub : [arx. 26.01.2024] // AMEA Şəki Regional Elmi Mərkəzi. — 2024. — 29 yanvar. — Müraciət tarixi: 26.01.2024.