Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Yusif Həmidov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Yusif Həmidov
Həmidov Yusif Yunis oğlu
Yusif Həmidov
Yusif Həmidov.
Doğum tarixi 1909(1909-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of Russia.svg Rusiya İmperiyası,
Vəfat tarixi 17 fevral 1957 (48 yaşında)
Vəfat yeri Quba, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Dəfn yeri Quba qəbiristanlığı
Həyat yoldaşı Həmidova Zülhiccə Fərəc qızı.
Uşaqları Yaşar Yunusov, Elmira Həmidli, Elman Həmidov, Fərman Həmidov, Esmira Həmidova
Atası Yunus
Anası Maral
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Nuxa Müəllimlər seminariyası, hazırlıq kursu (–1928)

 • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, pedaqoji fakültəsi (1931–1935)
Adının digər versiyaları Yusif Hemidov, Юсиф Гамидов, Јусиф Һәмидов

Yusif Həmidov (1909–1957) — tanınmış pedaqoq və təhsil işçisi, Quba rayon xalq maarif şöbəsinin inspektoru. Bir müddət Quba Pedaqoji Məktəbinin direktoru vəzifəsində də çalışmışdır.

Haqqında məlumatlar

1909-cu ildə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1917 – 1921-ci illərdə Nuxa şəhər dördsinifli məktəbində təhsil alıb.

1928-ci ildə Nuxa müəllimlər seminariyasının hazırlıq kursunu bitirib.

1931 – 1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1928 – 1931-ci illərdə Nuxada ibtidai məktəb müəllimi,

1935 – 1956-cı illərdə Quba Pedaqoji Məktəbində müəllim, dərs hissə müdiri, direktor,

1946-cı ildən bir müddət Quba ikiillik müəllimlər institutunda baş müəllim,

1956-ci ildən Quba rayon xalq maarif şöbəsində inspektor vəzifəsində çalışıb.

Vəfatı

17 fevral 1957-ci il tarixdə – 48 yaşında, Qubada vəfat edib. Quba şəhər qəbiristanlığında dəfn olunub.

20 fevral 1957-ci il tarixli “Qızıl Quba” qəzetində yoldaşlarının bir qrupu adından nekroloq dərc edilib.

Ədəbiyyat

  1. Y.Y.Həmidov = Ю.Ю.Һәмидов // Qızıl Quba : qəzet. — Quba, 1957. — В. 20 fevral. — № 22 (1998).