Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Zivər İsrafilzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Zivər İsrafilzadə
İsrafilzadə Zivər Vidadi qızı
ukr.: Ісрафілзаде Зівер Відаді Кизи
Zivər İsrafilzadə
Zivər İsrafilzadə.
Doğum tarixi 24 avqust 1997 (1997-08-24) (24 yaş)
Doğum yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of Azerbaijan.svg Azərbaycan→Flag of Ukraine.svg Ukrayna
Milliyyəti azərbaycanlı
Təhsili Kiyev Ali Polis Akademiyası, hüquq fakültəsi (bakalavriat, 2015–2019; magistratura, qiyabi, 2019–)

Zivər İsrafilzadə — Kiyev (Ukrayna) şəhər administrasiyasında daxili audit şöbəsini müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

24 avqust 1997-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

2004-cü ildən Kiyev şəhərindəki 46 №-li məktəbin 1-ci sinfinə gedib.

2015–2019-cu illərdə Kiyev Ali Polis Akademiyasının hüquq fakültəsində bakalavr dərəcəsi üzrə təhsil alıb.

2019-cu ildən təhsilini Kiyev Ali Polis Akademiyasının hüquq fakültəsinin magistraturasında qiyabi davam etdirir.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

Kiyev Ali Polis Akademiyasında təhsil alarkən Kiyev şəhər meriyasında və Ukrayna Parlamentinin hüquq mühafizə orqanlarına nəzarət komitəsində iş təcrübəsi əldə edib.

2019-cu ilin iyul ayında – 21 yaşında, Kiyev şəhərinin mərkəzi rayonu olan Peçersk rayon administrasiyasında hüquq mühafizə orqanlarına nəzarət və korrupsiyaya qarşı mübarizə şöbəsində müdir müavini, iki ay sonra isə şəhər administrasiyanın daxili audit şöbəsini müdiri vəzifəsinə təyin edilib.

Maraqlı[redaktə | HTML redaktə]

Zivər İsrafilzadə atası – Ukrayna Milli Ordusunun zabiti Vidadi İsrafilovla birlikdə, Kiyev, Ukrayna, 2014-cü il.

Kiyev şəhər administrasiyasında vəzifəyə təyin edilməzdən əvvəl, Ukrayna qanunlarına görə ukrayna dilindən imtahan verərək sertifikat alması tələb olunurdu. Zivər İsrafilzadə imtahandan uğurla keçmişdir.

Professional silahlardan sərbəst istifadə etmək və hədəfə sərrast atəş atmaq bacarığına malikdir.

Xeyriyyəçiliklə məşğuldur, uşaq evlərinə baş çəkir, valideynini itirmiş uşaqları hədiyyələrlə sevindirir.

Atası Vidadi İsrafilov ilə birgə 2004 və 2014-cü illərdə Meydan hərəkatının iştirakçısı olub.

İstefada olan Azərbaycan polkovnik-leytenantı Nizami İsrafilovun qardaşı qızıdır.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. [https://pechersk.kyivcity.gov.ua/files/2019/10/18/Israfilzade.pdf БІОГРАФІЧНА ДОВІДКА

ІСРАФІЛЗАДЕ Зівер Відаді кизи] : [arx. 23.08.2021] : [укр.] // Печерська районна в місті Києві державна адміністрація. — Müraciət tarixi: 23.08.2021.