Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Ziyafət Xasıyeva

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Ziyafət Xasıyeva
Xasıyeva Ziyafət Mustafa qızı
Ziyafət Xasıyeva
Ziyafət Xasıyeva.
Doğum tarixi 28 noyabr 1964 (1964-11-28) (59 yaş)
Doğum yeri Baş Göynük, Vartaşen (indiki Şəki və Oğuz) rayonu[qeyd 1], Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Həyat yoldaşı Babək Xasıyev
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1982–1987)
Adının digər versiyaları Ziyafet Xasiyeva, Зияфет Хасыева, Зијафәт Хасыјева
facebook səhifəsi

Ziyafət Xasıyeva — tanınmış pedaqoq, həmkarlar təşkilatı işçisi və rəhbər kadr, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri.

Haqqında məlumatlar

28 noyabr 1964-cü il tarixdə Vartaşen (indiki Şəki və Oğuz) rayonunun[qeyd 1] Baş Göynük kəndində anadan olub.

Təhsili

1972 – 1982-ci illərdə Baş Göynük kənd orta məktəbində,

1982 – 1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1987 – 1992-ci illərdə Qax rayon Turaclı kənd orta məktəbində müəllim,

1992 – 1996-cı illərdə Qax şəhər 5 nömrəli orta məktəbində müəllim,

1996 – 2004-cü illərdə Qax rayon Təhsil Şöbəsində metodist,

2004 – 2011-ci illərdə Qax rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini,

2011-ci ilin dekabr ayının 12-dən Şəki rayon Çeşməli kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

2016-ci ilin yanvar ayının 15-dən ATİAHİ Şəki Rayon Komitəsinin sədridir.

İctimai aktivliyi

  • Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının məclis üzvüdür.
  • Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məclis və heyət üzvüdür.
  • Şəkidə əhalinin məşğulluğuna kömək göstərən komissiyasının üzvüdür.

Ailəsi

Ailəlidir, iki övladı var.

Qeydlər

  1. 1,0 1,1 1962-ci ildə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.