İffət Əfəndiyeva
İffət Əfəndiyeva | |
---|---|
Əfəndiyeva İffət Məmməd qızı | |
İffət Əfəndiyeva. | |
Doğum tarixi | 1 aprel 1949 |
Doğum yeri | Kirovabad (indiki Gəncə), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ → Azərbaycan |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, biologiya fakültəsi, bioloq, biologiya və kimya müəllimi ixtisası (1966–1971) |
Atası | Məmməd Əfəndiyev |
Anası | Nailə Babayeva |
Mükafatları |
İffət Əfəndiyeva — tanınmış bioloq, biologiya elmləri namizədi və pedaqoq. 1981 – 1996-cı illərdə YUNESKO-nun “İnsan və Biosfer” (MAB) Proqramı üzrə Azərbaycan komitəsinin ictimai əsaslarla elmi-katibi olmuşdur.
Haqqında məlumatlar
1 aprel 1949-cu il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.
Təhsili
1966-cı ildə Kirovabad şəhər 1 №-li orta məktəbini bitirib.
1966 – 1971-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti
1971-ci ildə Ümumittifaq “VODGEO” Elmi-Tədqiqat İnstitutunda baş laborant,
1972 – 1979-cu illərdə Azərbaycan SSR EA Mikrobiologiya Bölməsində elmi işçi,
1981 – 1982-ci illərdə Azərbaycan SSR Dövlət Ətraf Mühitin Mühafizəsi Komitəsinin Aqrokimya Laboratoriyasında baş aqroximik və Kosmik tədqiqatlar Elmi-Tədqiqat Birliyində bölmə müdiri,
1982 – 1985-ci illərdə Təbii Sərvətlərin Kosmik Tədqiqatları İnstitutunda baş elmi işçi,
1985 – 1988-ci illərdə Azərbaycan SSR EA Geologiya İnstitutunda baş elmı işçi,
1988 – 1995-ci illərdə Azərbaycan SSR EA/AMEA Coğrafiya İnstitutunun “Xəzər dənizinin resursları” bölməsində baş elmi işçi,
1995 – 2008-ci illərdə ARDNŞ/SOCAR Xaricı Sərmayələr İdarəsinin kontraktlar şöbəsində aparicı mütəxəssis vəzifəsində çalışıb.
2010 – 2019-cu illərdə Sumqayıt Dövlət Universitetində, Bakı Dövlət Universitetində və Qafqaz Universitetində dərs deyib.
Elmi fəaliyyəti
1979-cu ildə Bakı buxtasının neft məhsullarından təmizlənməsində mikroorqanizmlərin roluna həsr olunmuş dissertasiya müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi alıb.
90-dan çox elmi və elmi-populyar məqalənin müəllifidir. 40-dan çox elmi konfrans və konqresdə iştirak edib.
Təltif və mükafatları
- “Tərəqqi” medalı (18.09.2008).
Digər
20-dən çox ölkədə ekoloji məsələlərin müzakirəsində SOCAR-ı təmsil edib. 2 beynəlxalq qrantın iştirakçısı olub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Əfəndiyeva İffət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 181-182. — 1.000 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- İ
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 1 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1949-cu ildə doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr