Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:45, 6 iyun 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Nazim Hacıyev.jpg
  • 6 iyun 2024-cü il tarixdə, Şəkidəki Çingiz Mustafayev adına klubda Azərbaycanın görkəmli dövlət xadimi Nazim Hacıyevin 100 illiyi münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının, Şəki Ensiklopediyasının və AMEA Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə xatirə gecəsi keçirildi.


Səbuhi Süleymanov.jpg
  • 5 iyun 2024-cü il tarixdə, Birinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgəri Səbuhi Süleymanovun (1972–1992) qalıqları anadan olduğu Cəfərabad kəndinin kənd qəbiristanlığında dəfn edildi.


Vüsal Xəlilov.jpg
  • 27 may 2024-cü il tarixdə Vüsal Xəlilovun may ayından Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsinə təyin olunması xəbəri mediada yayılıb. O, bu təyinatınadək “PAŞA Bank” ASC-də texnologiya blokunun baş direktoru idi.


Rahim Hasanov2.jpg
  • 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Rahim Həsənova tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.


Zərinə Cavadova.jpg
  • 9 may 2024-cü il tarixdə tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra 63 yaşında Şəkidə vəfat edib.


Kamil Adışirinov2.jpg
  • 8 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Kamil Adışirinova filologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir.


Aydın Süleymanlı2.png
  • 25 aprel 2024-cü il tarixdə AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatının final oyununda Aydın Süleymanlı qələbə qazanaraq Azərbaycan çempionu olub. O, 14 yaşlı oğlanlar arasında 2019-cu ilin Dünya çempionudur və şahmat üzrə qrossmeysterdir.


Vüqar İskəndərov2.jpg


Hadi Rəcəbli.jpg
  • 17 aprel 2024-cü il tarixdə — Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı və Milli Məclisin sosial siyasət komitəsinin sabiq sədri Hadi Rəcəbli 76 yaşında, Bakıda vəfat edib. O, 1983 – 1989-cu illərdə Azərbaycan KP MK Şəki Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.


Elvin Nüsrətoğlu.jpg
  • 1 mart 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin Xalq teatrının rejissoru Elvin Nüsrətoğlu həmin mərkəzin bədii rəhbəri vəzifəsinə təyin olunub. Eyni zamanda o, həm də Kanal “S” televiziyasının (Şəki) baş rejissorudur.
Şablondan istifadə təlimatı[yarat]
Xəbərlər arxivi>>