Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

Şablon:16 avqust

Şəki Ensiklopediyası səhifəsi
Mammadov2 (Müzakirə | töhfələr) tərəfindən edilmiş 10:06, 16 avqust 2024 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Bəxtiyar Vahabzadə

Görkəmli Azərbaycan şairi, filoloq və ictimai xadim, Azərbaycan SSR xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəxtiyar Vahabzadə (1925–2009) 16 avqust 1925-ci il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

Şəkil: Bəxtiyar Vahabzadə.



Mustafa Şərifov

19-cu əsrin son rübündən 20-ci əsrin ortalarınadək indiki Azərbaycanın bir neçə bölgəsndə və Bakı şəhərində fəaliyyət göstərmiş tanınmış həkim və ilk azərbaycanlı sanitar həkim Mustafa Şərifov (1875–+1938) 16 (4) avqust 1875-ci il tarixdə Qazax qəzasının Yuxarı Əksibara (indiki Yuxarı Əskipara) kəndində anadan olub. O, Rusiya İmperiyası dövründə saray müşaviri(ru) (rus.: надворный советник) mülki məmur rütbəsinə malik olmuş, sovet dövründə Azərbaycan SSR əmək qəhrəmanı adı ilə təltif edilmişdir.

Şəkil: Mustafa Şərifov.



Niyazi Əhmədov

Tanınmış teatr aktyoru Niyazi Əhmədov (1948–1999) 16 avqust 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, 1977–1994-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır. Bir neçə bədii filmə də çəkilib.

Şəkil: Niyazi Əhmədov.



Mahmud İsmayılov

Tarix elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müx­­bir üzvü, AMEA Tarix İnstitutunun direktor müavini Mahmud İsmayılov (1920–2001) 16 avqust avqust 2001-ci il tarixdə – 80 yaşında, Bakıda vəfat edib. O, elmi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul idi, bir neçə tarixi və bir xronoloji romanı çap olunmuşdur.

Şəkil: Mahmud İsmayılov.




<<əvvəlki gün 16 avqust sonrakı gün>>

Həmçinin, bax:

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)