Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.

"Hacı Seyid Əbdülhəmid" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
(Səhifəni 'Kateqoriya: H'''Hacı Seyid Əbdülhəmid''' (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib v...' ilə yarat)
(Fərqli deyil)

19:38, 19 mart 2020 versiyası

Hacı Seyid Əbdülhəmid (1795/96, Şəki — ?) — XIX əsr azərbaycanlı tarixçi. Uzun müddət Orta Şərq ölkələrini gəzib və vətənə qayıtdıqdan sonra qazı olub.[1] Təqribən 40 il ərzində Hacı Seyid Əbdülhəmid şəriət məhkəməsinin başçısı vəzifəsini tutub.[2]

Onun XIX əsrin II yarısında Azərbaycan dilində yazılmış müxtəsər[2] "Şəki xanları və onların nəsilləri" əsəri Şəkinin tarixinə həsr edilib. (XV əsrin əvvəlləri — XIX əsrin başlanğıcı) Əlyazma Salman Mümtaz tərəfindən tapılıb. Bu əsərdə Şəki xanlarının nəsil şəcərəsi, Gələrsən-görərsən və Kiş qalaları, İran işğalına qarşı şəkililərin mübarizəsi, xanlıqda daxili vəziyyət və s. haqqında məlumat verilib.[1] Salnamənin dəqiq yazılma ili məlum deyil. Bakıda 1930-cu ildə çap edilib.[2]

İstinadlar

  1. 1,0 1,1 Һаҹы Сејид Әбдүлһәмид / Под ред. Дж. Кулиева. — Азербайджанская советская энциклопедия: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 145.
  2. 2,0 2,1 2,2 Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI - начале XIX вв. — Л., 1949. — С. 62.:

Ədəbiyyat

  • Һүсејнзадә Ә. XIX әсрин икинҹи јарысында Азәрбајҹан тарихшүнаслыгы. Б. 1967.  (azərb.)
  • Рустамов С. О дате написания Родословной шекинских ханов и их потомков Гаджи Сеид Абдулгамида. Изв. АН Азерб. ССР (серия общественных наук), 1963, №1.

Həmçinin bax

Şablon:Azərbaycan tarixinə aid mənbələr