Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Salman Mümtaz

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Salman Mümtaz
Əsgərov Salman Məmmədəmin oğlu
Salman Mümtaz
Salman Mümtaz.
Doğum tarixi 20 may 1884(1884-05-20)
Doğum yeri Nuxa, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 6 sentyabr 1941 (57 yaşında)
Vəfat yeri Oryol yaxınlığındakı Medvedski meşəsi, Orlov vilayəti, Flag of the Russian Soviet Federative Socialist Republic (1954–1991).svg RSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat səbəbi Repressiya edilib
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti azərbaycanlı
Elm sahəsi ədəbiyyatşünaslıq
İş yeri SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Dil və Ədəbiyyat İnstitutu
Tanınır şair, ədəbiyyatşünas, publisist, mətnşünas və biblioqraf; Azərbaycan klassik ədəbiyyatı əsərlərinin və Azərbaycan aşıq poeziyası nümunələrinin naşiri; orta əsr əlyazmalarının kolleksiyaçısı; bir sıra Azərbaycan klassiklərinin elmi-tənqidi mətnlərinin müəllifi
Commons-logo.svg Commonsda da Salman Mümtaz ilə əlaqəli mediafayllar var

Salman Mümtaz (1884–1941) — görkəmli ədəbiyyatşünas, mətnşünas, biblioqraf və orta əsr əlyazmalarının kolleksiyaçısı.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

20 may 1884-cü il tarixdə Nuxada (indiki Şəki) doğulmuşdur. Evləri Nuxanın Gəncəli məhəlləsində idi. Babası Ağa Ələsgər çox imkanlı şəxs olmuşdu. Lakin əvvəl özü, sonra isə arvadı vaxtsız vəfat etmiş, oğulları Məmmədəmin – Salmanın atası, kimsəsiz qalmışdı.

Məmmədəmin Nuxadan apardığı pulla Aşqabadda xeyli torpaq ala bilsə də orada çox yaşaya bilməmiş, 1887-ci ildə – 32 yaşında, ağciyər iltihabından vəfat etmişdi.

1900-cü ildə Məmmədəminin arvadı Məşhədi Zəhra (1865–1938) ərinin mirasını idarə etmək üçün oğlanları Salman və Əsgərlə birlikdə Aşqabada köçdü.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1918-ci ildə mərhum Məmmədəminin ailəsi Azərbaycana geri döndükdə onun oğlu Salman “Azərbaycan” qəzetində jurnalist işləməyə başladı.

1924-cü ildə Salman “Azərneft təchizat” idarəsinin Nuxa, Qutqaşen, Zaqatala, Qax və Laqodexidə anbarları olan rayon agentliyinin müvəkkili idi.

1929-cu ildən 1932-ci ilə qədər isə o, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun kapitalizmə qədər olan dövr Azərbaycan ədəbiyyatı bölməsinin müdiri oldu.

1932-ci ildən Azərbaycan Dövlət Muzeyində elmi işçi vəzifəsində çalışdı. Eyni zamanda 1933-cü ildən 1936-cı ilədək “Azərnəşr”in klassik irs şöbəsinə başçılıq etdi.

1933-cü ilin fevral ayından SSRİ EA Azərbaycan Filialı ədəbi irs bölməsinə elmi işçi vəzifəsini tutdu.

19 iyun 1937-ci il tarixdə bütün vəzifələrindən azad olundu.

Həbs olunması, güllələnməsi və bəraət alması[redaktə | HTML redaktə]

1937-ci ilin oktyabr ayında Stalin repressiyaları nəticəsində həbs olundu və bir neçə ay sonra 10 il müddətinə azadlıqdan məhrum edildi. Həbsdə olarkən,

6 sentyabr 1941-ci il tarixdə – 57 yaşında, Oryol şəhərində güllələndi.

16 noyabr 1956-cı il tarixdə – ölümündən sonra, SSRİ Ali Məhkəməsi tərəfindən ona bəraət verildi.

Vikianbarda Salman Mümtaz ilə əlaqəli mediafayllar var.

Vikikitabda Salman Mümtaz ilə əlaqəli kitablar var.

Vikimənbədə Salman Mümtaz ilə əlaqəli məlumatlar var.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Salman Mümtaz // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1984. — VIII  cild. — Səhifələrin sayı:  608. — Səh.: 274. — 80.000 nüsx.
  2. Tahirzadə Ə. Salman Mümtaz (tərcümeyi-hal oçerki). — Bakı: Kür, 2002. — Səhifələrin sayı:  16. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 5 Mar 2016 - 31 May 2024.
  3. Məmmədov Ə., Xalıqov F. Mümtaz Salman // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 144. — 1.000 nüsx.
  4. Mete Ə. Ədəbiyyat loğmanımız // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 151-155. — 500 nüsx.
  5. Orsər R. Salman Mümtaz // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 155-158. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  6. Tahirzadə Ə. Salman Mümtazın tərcümeyi-halı : [arx. 23 Apr 2021 - 12 Apr 2024] // Ədalət Tahirzadənin Şəki saytı. — Müraciət tarixi: 06.09.2024.
  7. Tahirzadə Ə. Salman Mümtaz (sənədlər və s.) : [arx. 20 Apr 2021 - 12 Apr 2024] // Ədalət Tahirzadənin Şəki saytı. — Müraciət tarixi: 06.09.2024.
  8. Tahirzadə Ə. S.Mümtaz. Fotolar : [arx. 22 Apr 2021 - 12 Apr 2024] // Ədalət Tahirzadənin Şəki saytı. — Müraciət tarixi: 06.09.2024.