"Həsən İsrafilov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya: H{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış görkəmli şəxslərKateqor...' ilə yarat) |
(Fərqli deyil)
|
12:46, 30 iyul 2020 versiyası
Həsən İsrafilov | |
---|---|
İsrafilov Həsən Abid oğlu | |
Həsən İsrafilov | |
Doğum tarixi | 20 aprel 1946 |
Doğum yeri | Nuxa, Nuxa rayonu Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İş yeri | Azərbaycan Dövlət İqtisad Universitetində “Magistratura Mərkəzi”nin direktoru vəzifəsində çalışmışdır |
Elmi dərəcəsi | iqtisad elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU/ UNEC) |
Mükafatları |
Şablon:"Tərəqqi" medalı (Azərbaycan) |
Həsən İsrafilov (İsrafilov Həsən Abid oğlu d. 20 aprel 1946-cü ildə, Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetində “Magistratura Mərkəzi”nin direktoru (2005-2013), Azərbaycan Respublikasının əməkdar müəllimi (2020).
Haqqında məlumatlar
20 aprel 1946-cı il tarixdə Nuxada anadan olub.
Təhsili
Şəki şəhəri Nizami Gəncəvi adına 7 saylı orta məktəb.
1966 – 1970-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki ADİU/ UNEC) təhsil alıb.
1975-78 ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Ticarətin İqtisadiyyatı” kafedrasının Aspiranturası.
Əmək fəaliyyəti
Hələ tələbəlik illərindən əla qiymətlərlə oxumaqla yanaşı, həm də Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ictimai və idman həyatında, eləcə də fakültə TEC-in sədri kimi, həmin cəmiyyətin fəaliyyətində aktiv iştirak ediç.
1970-ci ildə institutun “Ticarətin İqtisadiyyatı” kafedrasında işə qəbul edilmiş, 1975-78 ci illərdə həmin kafedranın əyani aspirantı olmuşdur.
1995-ci ildən “Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasında çalışmışdır.
1981-ci ildə Kiyev “Ticarət-İqtisad Universiteti”ndə namizədlik dissertasiyası müdafiə etmiş və ona “iqtisad elmləri namizədi” (“iqtisad üzrə fəlsəfə doktoru”), 2015-ci ildə isə ADİU-da doktorluq dissertasiyası müdafiəsi üzrə ona, “İqtisad elmləri doktoru” elmi dərəcəsi verilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetində fasiləsiz olaraq çalışdığı 1970-2014-cü illər ərzində dosent H.A.İsrafilov, müxtəlif dövrlərdə ”Əmtəəşünaslıq”, “Kommersiya və Əmtəəşünaslıq”, 1995-2000-ci illərdə isə “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsində dekan, 2005-2013-cü illər ərzində isə, o, Azərbaycan Dövlət İqtisad Universitetində “Magistratura Mərkəzinin direktoru” vəzifəsində çalışmışdır. Uzun illər universitet “Ağsaqqallar şurası”nın da fəal üzvü olmuşdur.
Pedaqoji fəaliyyəti
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) professorudur.
Elmi fəaliyyəti
H.A.İsrafilov 2 monoqrafiya, 5 dərslik və dərs vəsaiti (7-si xaricdə dərc edil¬məklə), 100-dən çox məqalənin və metodik göstərişlərin müəllifidir (və ya həm¬¬müəllifi). Onun i.e.d.prof. E.M.Hacızadənin birgə müəllifliyi ilə hazırladıqları “Magistr dissertasiyasının yerinə yetirilməsi, elmi-tədqiqat və elmi-pedaqoji təcrü¬bə¬lərin təşkilinə dair” Metodik Göstərişlər Toplusu (8 ç.v. həcmində) təkcə, ADİU- nun deyil, iqtisadyönümlü bütün ali məktəblərin magistrları tərəfindən rəğbətlə qarşılanmış və istifadə edilmişdir.
Ədəbi-puplisistik fəaliyyəti
H.İsrafilov elmi yaradıcılıqla yanaşı, ədəbi-publisistik məqalələr də dərc etdir¬miş¬dir. Müəllifin, “M.F.Axundovun iqtisadi fikirləri” adlı məqaləsi, geniş oxucu kütləsinin xüsusi diqqətini cəlb edə bilmişdir. Universitet alimləri və əməkdaşla¬rı¬nın ədəbi əsərləri dərc edilən “İqtisadi və ədəbi təfəkkür” adlı kitabda, H.İsrafilo¬vun ədəbi yaradıcılığına da yer verilmişdir. Hazırda H.İsrafilovun Şəki bələdiyyəsi qəzetində maraqlı məqalələri dərc olunur.
Təltif və mükafatları
- Azərbaycan Respublikasının əməkdar müəllimi (2006).
- Tərəqqi medalı (2011).
İstifadə edilmiş mənbələr
- [[1]]