Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Həsən İsrafilov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Həsən İsrafilov
İsrafilov Həsən Abid oğlu
Həsən İsrafilov
Həsən İsrafilov, 2021-ci il.

Həsən İsrafilov — tanınmış iqtisadçı–pedaqoq, iqtisad elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

20 aprel 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1953 – 1963-cü illərdə Nuxa şəhər Nizami adına 7 №-li orta məktəbində təhsil alıb.

1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu,

1978-ci ildə isə həmin institutun aspiranturasını bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1981 – 1987-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutun ticarət-iqtisad kafedrasında əvvəl müəllim, sonra baş müəllim, daha sonra dosent,

1987 – 1990-cı illərdə həmin institutun kommersiya və əmtəəşünaslıq fakültəsinin dekan əvəzi vəzifəsində çalışıb.

1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetin kommersiya və beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı,

2005 – 2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura Mərkəzinin direktoru olub.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1981-ci ildə Kiyev Ticarət-iqtisad İnstitutunda “İnkişaf etmiş sosializm cəmiyyətində Azərbaycan SSR-də kənd ticarətinin inkişafının sosial-iqtisadi problemləri” adlı mövzuda namizədlik dissertasiyasını müdafiə edib.

1993-cü ildə dosent elmi adını alıb.

2013-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə edib.

100-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, dərs vəsaiti, metodiki göstəriş və elmi məqalənin müəllifidir.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 299. — 1.000 nüsx.
  2. ...
  3. Hacızadə E. Əsil ziyalı və pedaqoq ömrü (azərb.) // Azərbaycan vergi jurnalı : jurnal. — 2016. — № 2 (128). — Səh. 187.

Bildiriş[HTML redaktə]

...