"Hikmət Ziya" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 107: Sətir 107:
  
 
===Ailəsi===
 
===Ailəsi===
Babası [[Abdulla bəy Əfəndizadə]] pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olub (görkəmli Azərbaycan maarifçisi [[Rəşid bəy Əfəndiyev|Rəşid bəy Əfəndiyevin]] qardaşıdır).  
+
Babası [[Abdulla bəy Əfəndizadə]] pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuşdur (görkəmli Azərbaycan maarifçisi [[Rəşid bəy Əfəndiyev|Rəşid bəy Əfəndiyevin]] qardaşıdır).  
  
 
Atası [[Ziya Əfəndiyev]] də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləyib.  
 
Atası [[Ziya Əfəndiyev]] də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləyib.  

21:58, 1 avqust 2020 versiyası

Hikmət Ziya
Hikmət Ziya oğlu Əfəndiyev
Hikmət Ziya
Hikmət Ziya
Doğum tarixi 13 may 1929(1929-05-13)
Doğum yeri Nuxa, Zaqatala-Şəki mahalı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 2 avqust 1995 (66 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1947 – 1952)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1986

Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu; d.  13 may 1929-cu il, Nuxa, Zaqatala-Şəki mahalı, Azərbabaycan SSR, ZSFSR, SSRİ — ö.  2 avqust 1995-ci il, Bakı, Azərbaycan Respublikası) – şair, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının (1958), Azərbaycan Jurnalistlər İttifaqının (1959), Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının üzvü, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi (1986).

Haqqında məlumatlar

1929-cu ild Nuxa şəhərində anadan olub.

Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib.

1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri,

1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri,

1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib.

Yaradıcılığı

1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlayıb.

Sonra dövri-mətbuatda vaxtaşırı çıxış edib.

İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları “Hikmət Əfəndiyev” adı ilə ilə çap olunub.

“Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuş, librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.

Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O, özü də bədii tərcümə ilə məşğul olub, başqa dillərdəki bədii ədəbiyyatı azərbaycan dilinə tərcümə edib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub.

Kitabları

Kitabları
  1. Atamın hədiyyəsi. Bakı: Uşaqgəncnəşr, 1956, 20 səh.
  2. Bahar gözəldir, ya qış? Bakı: Uşaqgəncnəşr, 1959, 27 səh.
  3. Milçək ürəyi. Bakı: Azərnəşr, 1960, 46 səh.
  4. Şeirlər və təmsillər. Bakı: Azərnəşr, 1963,64 səh.
  5. Ulduzların söhbəti. Bakı: Azərnəşr, 1964, 51 səh.
  6. Qısa təmsillər. Bakı: Azərnəşr, 1965, 55 səh.
  7. Xatirə. Bakı: Azərnəşr, 1966, 101 səh.
  8. Tülkü arayışında. Bakı: Gənclik, 1967, 67 səh.
  9. Buludlar. Bakı: Gənclik, 1968, 57 səh.
  10. Mənim dovşanım. Bakı: İşıq, 1970, 26 səh.
  11. Qısqanc qarışqa. Bakı: Gənclik, 1971, 87 səh.
  12. Günəş və ləkələr. Bakı: Azərnəşr, 1972, 67 səh.
  13. Leylək yuvası. Bakı: Gənclik, 1973, 121 səh.
  14. Mənim misralarım. Bakı: Gənclik, 1975, 139 səh.
  15. Qardaşlar ovda. Bakı: Gənclik, 1978, 143 səh.
  16. Qərib cinlər diyarında. Bakı: Gənclik, 1980, 134 səh.
  17. Təmsillər. Bakı: Yazıçı, 1982, 237 səh.
  18. İlin balaları. Bakı: Gənclik, 1983, 126 səh.
  19. Qardaşlığın qüdrəti (Bəstəkar M.Mirzəyevlə şərikli). Bakı: İşıq, 1983, 65 səh.
  20. Təmsillər. Bakı: Gənclik, 1985, 120 səh.
  21. Ömrümün payı. Bakı: Yazıçı, 1986, 235 səh.
  22. Vətənim mənim. Bakı: Gənclik, 1988, 120 səh.
  23. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1992, 295 səh.

Tərcümələri

  1. İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh. (ruscadan)

Filmoqrafiya

  1. Əli Bayramlı (film, 1971)(I)
  2. Azərbaycan qadını (film, 1974)
  3. Qərib cinlər diyarında (film, 1977)
  4. Dəcəl dovşan (film, 1981)

Mükafatları

  1. “Qabaqcıl maarif xadimi” nişanı (1978).
  2. Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı (1988).
  3. Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi fəxri adı (1986).

Ailəsi

Babası Abdulla bəy Əfəndizadə pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuşdur (görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin qardaşıdır).

Atası Ziya Əfəndiyev də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləyib.

Nəvəsi Ceyhun Əfəndi iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.

Vəfatı

2 avqust 1995-ci il tarixdə Bakı şəhərində vəfat edib.

İstifadə edilmiş mənbələr

  1. Abdullayeva S. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu // 525-ci qəzet. — Bakı, 2015. — В. 16 aprel. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 mart 2018.
  2. "Hikmət Ziya". http://portal.azertag.az/ (azərb.). Uşaq Bilik Portalı (AZƏRTAC). 22.02.2019. 08.08.2019 tarixində arxivləşdirilib.
  3. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Hikmət Ziya oğlu (Hikmət Ziya) // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 163 – 166. — 1.000 nüsx.

Şablon:Yaxşı məqalə