"İkinci Biləcik" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya: İ{{YM |ad = İkinci Biləcik |xəritə = Seki.PNG |xəritə miqyas = 200px |xəritə məlumat = Şəki rayonu |x...' ilə yarat) |
(Fərqli deyil)
|
23:27, 19 mart 2020 versiyası
Yaşayış məntəqəsi
İkinci Biləcik
|
İkinci Biləcik — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.[1]
Tarixi
Tarixi [2].
Məlumatlara görə kəndin əsası XV əsrdə yaşamış Anadolu türkü tərəfindən qoyulmuşdur. 1734-cü ildə baş vermiş Biləcik üsyanı da bu kəndin adı ilə bağlıdır.
Coğrafiyası və iqlimi
İkinci Biləcik kəndi Şəki şəhərindən 24 km şimal-qərbdədir. Kənddə Yaşı 500-ə yaxın olan iki palıd ağacı var və bunlar qırmızı kitaba salınmışdır. XIX əsrdə inşa olunmuş tarixi məsciddə vardır.Kənd Böyük Qafqazın cənubunda yerləşir. İqlimi əsasən qışı soyuq keçən mülayim isti iqlim tipidir.
Əhalisi
İkinci Biləcik kəndinin əhalisi 1.300 nəfər təşkil edir və 310-a yaxın ev vardır.
İqtisadiyyatı
Kənd əsasən fındıqçılıq və maldarlıqla məşğul olur. Şəki üzrə fındıqçılıqda birinci yerdə durur. Bunlardan başqa quşçuluq və taxılçılıq kəndin iqtisadiyyatında mühüm rol oynayır. İkinci Biləcik kəndində böyük futbol meydançası fəaliyyət göstərir. Kəndin məktəbində 270 şagird təhsil alır.
İnfrastruktur
Kənd 2014-cü ilin aprel ayından sürətli internetlə təmin olunmuşdur.
İstinadlar
- ↑ Şəkidə fəaliyyət göstərən mədəni-maarif müəssisələri haqqında məlumat
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.