"Lütfəli Həsənov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 50: | Sətir 50: | ||
1939 – 1947-ci illərdə sovet ordusunda həkim kimi xidmət edib, o cümlədən, hərbi qospitallarda şöbə müdiri vəzifəsində çalışıb. | 1939 – 1947-ci illərdə sovet ordusunda həkim kimi xidmət edib, o cümlədən, hərbi qospitallarda şöbə müdiri vəzifəsində çalışıb. | ||
− | 1953- | + | 1953 – 1976-cı illərdə Nuxada/Şəkidə həkim – terapevt işləyib, Sanitariya Maarif Evinin müdiri olub. |
===Məhkumluğu=== | ===Məhkumluğu=== |
04:35, 4 avqust 2020 versiyası
Lütfəli Həsənov | |
---|---|
Həsənov Lütfəli Əkbər oğlu | |
Lütfəli Həsənov | |
Lütfəli Həsənov | |
Doğum tarixi | 10 may 1916 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfatı | 4 avqust 1977 (61 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
İxtisası | həkim |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu (1932 – 1937) |
İlk əsəri | “Qızıl Bakı”, “Gecənin təranəsi” adlı şeirlər (“Ədəbiyyat” qəzeti, 1937) |
Mükafatları | Şablon:""1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı |
Lütfəli Həsənov – həkim və dramaturq, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 2016-cı ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tabeliyindəki müəssisələrdə 100 illik yubileyi qeyd olunub.
Haqqında məlumatlar
10 may 1916-cı il tarixdə Nuxada, sənətkar ailəsində anadan olub.
Təhsili
1931-ci ildə Nuxa şəhərindəki yeddiillik məktəbi bitirib.
1932 – 1937-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Əmək fəaliyyəti
1937 – 1939-cu illərdə, Ağdaş rayonunda iki il həkim işləyib.
1939 – 1947-ci illərdə sovet ordusunda həkim kimi xidmət edib, o cümlədən, hərbi qospitallarda şöbə müdiri vəzifəsində çalışıb.
1953 – 1976-cı illərdə Nuxada/Şəkidə həkim – terapevt işləyib, Sanitariya Maarif Evinin müdiri olub.
Məhkumluğu
1947-ci ildə antisovet təbliğatda günahlandırılaraq 7 il müddətinə azadlıqdan məhrum edilmişdir.
Yaradıcılığı
Ədəbi yaradıcılığa şeir və hekayə ilə başlayıb. İlk mətbu şeirləri “Qızıl Bakı” və “Gecənin təranəsi” adlı şeirləri 1937-ci ildə “Ədəbiyyat” qəzetində dərc olunub.
“Qardaş torpağı” adlı ilk pyesi isə “Azərbaycan” jurnalında çap olunub. “Günəş” adlı pyesi 1957-ci ildə Kirovabad Dram Teatrında tamaşaya qoyulub. Sonrakı illərdə “Qara eynəkli adam”, “İntiqam”, “Dayaqsız adam”, “Ölümə ölüm”, yaxud “Qardaş torpağında”, “Baş həkim”, yaxud “O qayıdacaqmı?”, “Okeanın o tayında” adlı dram əsərlərini qələmə alıb, lakin birinci pyes istisna olmaqla, yerdə qalanların heç biri çap olunmamışdır.
Lütfəli Həsənovun qələmə aldığı hekayələrdən bir çoxu isə “Nuxa fəhləsi” qəzetində dərc olunub.
Şeir və dram əsərlərindən başqa, Lütfəli Həsənovun 1971-ci ildə “Ürəklə söhbət” adlı yaddaşı, 1967-ci ildə isə “Bizim iş təcrübəmiz” adlı metodik materialları da çap olunub.
Vəfatı
4 avqust 1976-cı il tarixdə Şəkidə vəfat edib.
Təltif və mükafatları
- “Qırmızı Ulduz” ordeni.
- “Döyüş xidmətlərinə görə” medalı.
- “Leninqradın müdafiəsinə görə” medalı.
- “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı.
Ədəbiyyat
- MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ (2016). "2016-Cİ İL ÜÇÜN ƏLAMƏTDAR VƏ TARİXİ GÜNLƏR TƏQVİMİ" (PDF). www.azkurs.org (azərb.). www.azkurs.org. 155. 30 May 2017 – 21 Jan 2020 tarixində arxivləşdirilib.
- Kamil Adışirinov (21.02.2014). ""Baş həkim" pyesini yazan həkim". shrem.io.ua (azərb.). shrem.io.ua. 26 Mar 2015 tarixində arxivləşdirilib.
- L
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış həkimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1916-cı ildə doğulanlar
- 10 mayda doğulanlar
- Mayda doğulanlar
- 4 avqustda vəfat edənlər
- Avqustda vəfat edənlər
- 1977-ci ildə vəfat edənlər
- "Qırmızı Ulduz" ordeni laureatları
- "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilənlər
- "Leninqradın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)