"Aytən Rüstəmova" səhifəsinin versiyaları arasındakı fərqlər
k (Tofiq Kərimli Aytən Rustəmova səhifəsinin adını Aytən Rüstəmova olaraq dəyişdi.) |
|
(Fərqli deyil)
|
06:21, 9 avqust 2020 versiyası
Aytən Rustəmova | |
---|---|
Rustəmova Aytən Nadir qızı | |
Aytən Rustəmova | |
Anadan olub | 15 oktyabr 1976 |
Anadan olduğu yer |
SSRİ Azərbaycan SSR, Bakı |
Həyat yoldaşı | Teymur Rüstəmov |
Atası | Nadir Şakir oğlu Qiyasov, geofizik |
Anası | Güllər Məmmədiyyə qızı Qiyasova |
Aytən Rustəmova ( d. 15 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bank işçisi, Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, “Aytən Qiyas-Rustəmova” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.
Haqqında məlumatlar
1976-cı ildə Bakıda – Şəkidən Bakıya köçmüş şəxslərin ailəsində, anadan olub.
Təhsili və karyerası
1983-cü ildə Bakıda azərbaycanca orta təhsil almağa başlasa da, ailəsinin Polşaya köçməsi ilə bağlı olaraq, orta təhsilini 1986-1990-cı illərdə orada – əvvəlcə Qdanks, sonra isə Varşava şəhərlərində, rus dilində davam etdirib; atası Nadir Şakir oğlu Qiyasov həmin illərdə Polşada işləyirdi. 1990-cı ildən sonra Azərbaycana geri dönüblər, Aytən də orta təhsilini Bakıda tamamlayıb.
1993 – 1997-ci illərdə Xarici Dillər Universitetində bakalavr, 1997-1999-cu illərdə magistr təhsili alıb.
2001-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı bürosuna işə götürülüb. Burada işləyə-işləyə, 2003 – 2007-ci illərdə Xəzər Universitetində biznesin idarəolunması ixtisası üzrə də ali təhsil alıb. 2017-ci ilin aprel ayından isə Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosuna rəhbər göndərilib.
Bloger və tərcüməçi fəaliyyəti
2005-ci ildə – “Əlkimyagər” romanını ingilis dilindən azərbaycan dilinə tərcümə etməklə yanaşı, “Sheki, Azerbaijan” və digər saytlar açaraq internetdə ingilis, rus və azərbaycan dillərində Azərbaycanın, xüsusilə, Şəkinin mədəni həyatını tərənnüm edən çoxlu sayda bloq yazıları, videolar yerləşdirməyə başlayıb.
Ailəsi
Tanınmış azərbaycanlı heykəltəraş Teymur Rüstəmovla ailə həyatı qurub, üç oğlu var.
İstifadə edilmiş mənbələr
- Интервью с блогером Айтан Гияс-Рустамовой (24.04.2013) – studenti.az;
- “Sheki, Azerbaijan”;
- “Aytenqiyasru”.
- EBRD appoints Ayten Rustamova as new Head of Tajikistan (https://www.ebrd.com).
- Məşhur Paulo Koelonun “Əlkimyagər” romanı azərbaycan dilinə tərcümə edilmişdir (AZƏRTAC - 11.10.2006).
- Lider TV programme. Ayten Qiyas-Rustamova. 01.04.2008 (youtube.com)
- Айтен Гияс-Рустамова. «35 - это когда...» (1news.az − 22 Октября, 2011) .
- Айтен Гияс-Рустамова. Первая неделя школы уже за плечами… (1news.az − 26 Сентября, 2012).