Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Teymur Rüstəmov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Teymur Rüstəmov
Rüstəmov Teymur Aslan oğlu
Teymur Rüstəmov
Teymur Rüstəmov.
Doğum tarixi 17 noyabr 1960 (1960-11-17) (61 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Təhsili

 • Əzim Əzimzadə adına Rəssamlıq məktəbi;

 • Tbilisi Dövlət Rəssamlıq Akademiyası
Mükafatları "Tərəqqi" medalı

Teymur Rüstəmov — tanınmış heykəltəraş, Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsinin müəlliflərindən biri.

Görkəmli heykəltəraş və medalyer Aslan Rüstəmovun oğlu, Azərbaycan Respublikasının xalq rəssamı Cahangir Rüstəmovun qardaşı oğlu, tanınmış heykəltəraş Mahmud Rüstəmovun qardaşı, tanınmış bloger və Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru Aytən Rüstəmovanın həyat yoldaşıdır.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

17 noyabr 1960-cı il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

Bakıda Əzim Əzimzadə adına Rəssamlıq məktəbində və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb.

Yaradıcılığı[redaktə | HTML redaktə]

Azərbaycan Rəssamlar İttifaqının üzvü və Tacikistan Rəssamlıq Akademiyasının həqiqi üzvüdür.

Yaradıcı işləri Azərbaycanda və başqa ölkələrdə təşkil olunmuş bir çox incəsənət sərgilərində nümayiş etdirilib və dəfələrlə mükafatlanıb.

Bakıda ucaldılmış Xocalı faciəsini təcəssüm etdirən məşhur “Ana harayı” abidəsi ilə yanaşı, Bakıdakı Heydər Əliyevin büstünün (Milli Aviasiya Akademiyası), Mirməmməd Cavadzadənin qəbirüstü abidəsinin (Fəxri xiyaban), həmçinin, Goranboydakı “Xocalı faciəsi” abidəsinin, Həştərxandakı (Rusiya) Müslüm Maqomayevin büstünün həmmüəlliflərindən biridir (atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmov ilə birlikdə).

Digər[redaktə | HTML redaktə]

2017 – 2021-ci illərdə ailə vəziyyəti ilə əlaqədar olaraq Tacikistanda yaşamış və orada yaradıcı fəaliyyətlə məşğul olmuşdur.

2021-ci ildən isə ailə vəziyyəti ilə əlaqədar olaraq Bişkekdə yaşayır və yaradıcı fəaliyyətini orada davam etdirir.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

“Tərəqqi” medalı (2012).

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Гармония арт-искусства семьи Рустамовых : [arx. 24 Aug 2017 - 14 Apr 2021] : [rus.] // Блог Бахрама Багирзаде. — Müraciət tarixi: 15.11.2021.