Aytən Rüstəmova
Aytən Rüstəmova | |
---|---|
Rüstəmova Aytən Nadir qızı | |
Aytən Rüstəmova. | |
Anadan olub | 15 oktyabr 1976 |
Anadan olduğu yer | Bakı, Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Teymur Rüstəmov |
Atası | Nadir Şakir oğlu Qiyasov, geofizik |
Anası | Güllər Məmmədiyyə qızı Qiyasova |
Təhsili |
• Azərbaycan Xarici Dillər Universiteti, (bakalavriat, 1993–1997; magistratura, 1997–1999) • “Xəzər” Universiteti, biznesin idarəolunması ixtisası (2003–2007) |
facebook səhifəsi |
Aytən Rüstəmova — tanınmış bank işçisi, Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktoru. Həm də Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisi və Azərbaycanın mədəniyyəti ilə bağlı, internetə ingilis və rus dillərində yazılar yerləşdirən blogerdir.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
15 oktyabr 1976-cı il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1983-cü ildə Bakıda azərbaycanca orta təhsil almağa başlasa da, ailəsinin Polşaya köçməsi ilə bağlı olaraq,
1986 – 1990-cı illərdə orta təhsilini əvvəlcə Qdanks, sonra isə Varşava şəhərlərində rus dilində,
1990-cı ildə ailəsinin Azərbaycana geri dönməsindən sonra isə yenidən Bakıda, amma rus dilində davam etdirib.
1993 – 1997-ci illərdə Azərbaycan Xarici Dillər Universitetində bakalavr pilləsi üzrə,
1997 – 1999-cu illərdə isə magistr pilləsi üzrə təhsili alıb.
2003 – 2007-ci illərdə “Xəzər” Universitetində biznesin idarəolunması ixtisası üzrə ikinci ali təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2001-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı bürosuna işə götürülüb.
2017-ci ilin aprel ayından isə Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosuna rəhbər göndərilib.
1 sentyabr 2021-ci il tarixdən Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan üzrə regional direktorudur.
Bloger və tərcüməçi fəaliyyəti[redaktə | HTML redaktə]
2005-ci ildə – “Əlkimyagər” romanını ingilis dilindən azərbaycan dilinə tərcümə etməklə yanaşı, “Sheki, Azerbaijan” və digər saytlar açaraq internetdə ingilis, rus və azərbaycan dillərində Azərbaycanın, xüsusilə, Şəkinin mədəni həyatını tərənnüm edən çoxlu sayda bloq yazıları, videolar yerləşdirməyə başlayıb.
Ailəsi[redaktə | HTML redaktə]
Tanınmış azərbaycanlı heykəltəraş Teymur Rüstəmovla ailə həyatı qurub, üç oğlu var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məşhur Paulo Koelonun “Əlkimyagər” romanı azərbaycan dilinə tərcümə edilmişdir : [arx. 14.10.2021] // AZƏRTAC. — 2006. — 11 oktyabr. — Müraciət tarixi: 14.10.2021.
- Фарид Алыев, Л.А. Айтен Гияс-Рустамова. «35 - это когда...» : [arx. 14 Ok 2021] : [rus.] // 1news.az. — 2011. — 22 октября. — Müraciət tarixi: 14.10.2021.
- Айтен Гияс-Рустамова. Айтен Гияс-Рустамова. Первая неделя школы уже за плечами… : [arx. 8 May 2019 - 19 Jan 2021] : [rus.] // 1news.az. — 2012. — 26 сентября. — Müraciət tarixi: 14.10.2021.
- Интервью с блогером Айтан Гияс-Рустамовой : [arx. 27 Apr 2013 - 2 Feb 2016] : [rus.] // Studenti.az. — 2013. — 24 апреля. — Müraciət tarixi: 14.10.2021.
- EBRD appoints Ayten Rustamova as new Head of Tajikistan : [arx. 31 Mar 2017 - 20 Oct 2020] : [ing.] // European Bank. — . — Müraciət tarixi: 14.10.2021.
- Айтен Рустамова стала главой ЕБРР по Кыргызстану, Таджикистану и Туркменистану : [arx. 28.06.2021] : [rus.] // 24.kg. — 2021. — 28 июня. — Müraciət tarixi: 14.10.2021.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Aidiyyəti linklər[redaktə | HTML redaktə]
Videolar[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |