"Mikayıl Cəbrayılov" səhifəsinin versiyaları arasındakı fərqlər
(Səhifəni 'Kateqoriya:M{{Şəxs |Şəkil = Mikayıl Cəbrayılov.jpg |Şəkil məlumat = |Şəkil miqyası = 150px |Adı = MİKAYIL CƏBRAYILOV |Tam adı...' ilə yarat) |
(Fərqli deyil)
|
21:27, 20 mart 2020 versiyası
MİKAYIL CƏBRAYILOV | |
---|---|
Mikayıl Cəbrayılov Əhmədiyyə oğlu | |
Anadan olub | 27 aprel 1952 |
Anadan olduğu yer | Oxud, Şəki, Azərbaycan SSR |
Vəfat edib | 15 dekabr 1990 (38 yaşında) |
Vəfat etdiyi yer | Mikayıllı, Xocalı, Azərbaycan Respublikası |
Vəfat səbəbi | şəhid olmuşdur. |
Dəfn yeri | Oxud, Şəki rayonu, Azərbaycan |
Atası | Əhmədiyyə Cəbrayılov |
Anası | Sürayyə Cəbrayılova |
Mükafatları |
Şablon:Eyni soyad Mikayıl Cəbrayılov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Həyatı
Mikayıl Cəbrayılov 27 aprel 1952-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.
Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.
Döyüşlərdə iştirakı
1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır. Buna baxmayaraq o təslim olmur və 1990-cı il 15 dekabrda əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına son anadək vuruşaraq döyüş meydanında həlak olur.
Ailəsi
Ailəli idi, bir övladı var.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.
Mikayılın adına Şəki şəhərində küçə var.
Həlak olduğu Mikayıllı kəndi onun adını daşıyır.
Mənbə
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh.56-57.
Xarici keçidlər
Həmçinin bax
- M
- 1952-ci ildə doğulanlar
- 27 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 15 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1990-cı ildə vəfat edənlər
- Azərbaycanın milli qəhrəmanları
- Şəxslər (ad sırası ilə)
- Qarabağ müharibəsi iştirakçıları
- Şəki rayonunda doğulanlar
- Şəhidlər
- Xocalı rayonunda vəfat edənlər
- Şəki rayonunda dəfn olunanlar