"Mustafa ağa Şəkixanov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 51: | Sətir 51: | ||
1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı<ref>Bax: 1-ci qeydə.</ref> kəndində yaşayıb{{sfnaz|Tahirzadə Ə.Ş.|2005|p=10}}. | 1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı<ref>Bax: 1-ci qeydə.</ref> kəndində yaşayıb{{sfnaz|Tahirzadə Ə.Ş.|2005|p=10}}. | ||
− | 5 noyabr 1895-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur. | + | 5 noyabr 1895-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, [[Xan qəbiristanlığı|Xan qəbiristanlığında]] dəfn olunmuşdur. |
== İstinadlar və qeydlər == | == İstinadlar və qeydlər == |
20:17, 5 noyabr 2020 versiyası
Mustafa ağa Şəkixanov | |
---|---|
Şəkixanov Mustafa ağa Kərim ağa oğlu | |
Mustafa ağa Şəkixanov | |
Mustafa ağa Şəkixanov | |
Təxəllüsü | Şuxi |
Doğum tarixi | 1831 |
Vəfatı | 5 noyabr 1895 (64 yaşında) |
Vəfat yeri | Qaraqosı[1], Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Dəfn yeri | Xan qəbiristanlığı, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Atası | Kərim ağa Şəkixanov |
Mustafa ağa Şəkixanov – Şəki xanları nəslinin davamçılarından biri; “Şəki tarixi” adlı bir tarix əsərini[2] və atası Kərim ağa Şəkixanovun tərcümeyi-halını qələmə almışdır[3]. “Şuxi” təxəllüsü ilə şeirlər də yazıb; 2011-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki avtoqraf əlyazması əsasında “Divan”ı çap olunmuşdur.
Həyatı
1831-ci ildə Nuxada anadan olub[4].
1853 – 1857-ci illərdə Nuxada kanvoy[5] vəzifəsində çalışıb.
1857 – 1861-ci illərdə Sankt-Peterburqa girov aparılıb. Orada hərbi təhsil alıb və karnet[6] hərbi rütbəsinə yiyələnib.
1861-ci ildə girovluqdan azad edilib və Nuxaya qayıdıb.
1861 – 1866-cı illərdə Nuxada barışdırıcı hakimin köməkçisi vəzifəsində işləyib.
1866 – 1895-ci illər arasında Nuxa qəzasındakı özünə məxsus Qaraqosı[7] kəndində yaşayıb[8].
5 noyabr 1895-ci ildə Qaraqosı kəndində vəfat edib. Cənazəsi Nuxaya gətirilmiş, Xan qəbiristanlığında dəfn olunmuşdur.
İstinadlar və qeydlər
- ↑ Bu yerin adını Salman Mümtaz göstərib. Mümkündür ki əslində söhbət hal-hazırda Qaraso adlanan ərazidən gedir. Hansı ki həmin ərazidə müxtəlif kəndlər var. Mustafa ağanın atasının şəxsi kəndi isə İpəkli olub. Mümkündür ki, Mustafa ağa da İpəkli kəndində yaşamış və orada da vəfat etmişdir.
- ↑ Müəllifi olduğu “Şəki tarixi” adlı əsərdən cəmi bir neçə cümləlik kiçik bir hissə 1902-ci ildə çap olunub; əsərin özü isə itmiş hesab olunur (Məmmədov A.S., 2009, s. 4).
- ↑ Tahirzadə Ə.Ş., 2005, s. 88 –93.
- ↑ Məmmədov A.S., 2009, s. 4.
- ↑ Rusiya İmperiyasında məhbusları qoruyan və müşayiət edən hərbçi.
- ↑ Süvari qoşunda bölük (rota) bayrağını aparan kiçik zabit.
- ↑ Bax: 1-ci qeydə.
- ↑ Tahirzadə Ə.Ş., 2005, s. 10.
Həmçinin bax
Ədəbiyyat
- Tahirzadə Ə.Ş. Şəkinin tarixi qaynaqlarda. — Bakı: “Master” nəşriyyatı, 2005.
- Məmmədov A.S. Ədalət Tahirzadənin “Şəkinin tarixi qaynaqlarda” kitabı (azərb.) : “İpəkçi” qəzetinin saytı. — 2006.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış şair və yazıçılar
- Şəkidən çıxmış hərbçilər
- Şəkinin tarixi haqqında məlumat verən müəlliflər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1831-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 5 noyabrda vəfat edənlər
- Noyabrda vəfat edənlər
- 1895-ci ildə vəfat edənlər
- Şair və yazıçılar
- Şəxslər (ad sırası ilə)
- Şəki xan qəbiristanlığında dəfn olunanlar