"Nəzir Əhmədov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 124: Sətir 124:
 
==Ədəbiiyyat==
 
==Ədəbiiyyat==
 
*{{ŞAZ|2|88 – 89}}
 
*{{ŞAZ|2|88 – 89}}
** Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
+
*''Teymur Əhmədov''. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
 
[[az:Nəzir Əhmədov]]
 
[[az:Nəzir Əhmədov]]

20:39, 7 noyabr 2020 versiyası

Nəzir Əhmədov
Əhmədov Nəzir Laçın oğlu
Nəzir Əhmədov.JPG
Nəzir Əhmədov
bayraqAzərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
1998 — 2002
bayraqŞəki şəhər İcra hakimiyyəti başçısıbayraq
1993 — 1998
Sələfi Hüseyn Mustafabəyli
Xələfi Əşrəf Məmmədov
bayraqAzərbaycan KP Abşeron Rayon Partiya Komitəsinin birinci katibibayraq
1974 — 1975
bayraqAzərbaycan KP Zaqatala Rayon Partiya Komitəsinin birinci katibibayraq
1963 — 1974
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1925(1925-12-27)
Doğum yeri Kəhrizoba, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi + 2010(2010-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Atası Laçın Əhmədov
Həyat yoldaşı Zlota Əhmədova
Elmi dərəcəsi iqtisadiyyat elmləri namizədi
Təltifləri "Qırmızı Əmək Bayrağı" ordeni Lenin ordeni "Şərəf Nişanı" ordeni

Nəzir Əhmədov

Haqqında məlumatlar

27 dekabr 1925-ci il tarixdə Şəki qəzasının Kəhrizoba kəndində anadan olub.

Haqqında məlumatlar

1940-cı ildə Təpəcənnət kənd yeddiillik məktəbini bitirib.

1940-ci ildə Nuxa Pedaqoji Texnikumuna daxil olub; lakin 1942-ci ildə təhsilini yarımçıq buraxaraq könüllü olaraq hərbi xidmətə gedib.

1944 – 1946-cı illərdə Xarkov şəhərində hərbi kəşfiyyat məktəbində, eyni zamanda axşam orta məktəbində,

1950 – 1955-ci illərdə isə Leninqrad Dövlət Universitetinin siyasi iqtisad fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti

1946 – 1950-ci illərdə müxtəlif sovet sərəhəd qoşunları hissəsində qulluq edib.

1955 – 1956-ci illərdə Sov.İKP Leninqrad Vilayət Partiya komitəsində təlimatçı, bölmə müdiri,

1956 – 1957-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetində və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müəllim,

1957 – 1959-cu illərdə Azərbaycan KP Bakı Şəhər Partiya Komitəsində bölmə müdiri,

1959 – 1963-cü illərdə Azərbaycan KP MK-da əvvəl təbliğat-təşviqat şöbəsində, sonra isə təşkilat şöbəsində təlimatçı,

1963 – 1974-cü illərdə Azərbaycan KP Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi,

1974 – 1975-ci illərdə Azərbaycan KP Abşeron Rayon Partiya Komitəsinin birinci katibi,

1975 – 1993-cü illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnstitutunda baş elmi işçi və şöbə müdiri,

1993 – 1998-ci illərdə Şəki şəhər İcra hakimiyyətinin başçısı,

1998 – 2002-ci illərdə isə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.

Elmi fəaliyyəti

İqtisad elmləri namizədi olmaqla yanaşı, 3 elmi kitabın, 40 çap vərəqi həcmində elmi-nəzəri məqalələrin də müəllifidir.

İctimai-siyasi fəaliyyəti

1966 – 1974-cü illərdə Azərbaycan KP MK-nın üzvü,

1967 – 1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı və təbiəti mühafizə daimi komissiyasının sədri olub.

1965 – 1970-ci illərdə SSRİ rəsmi nümayəndə heyəti tərkibində Çexoslovakiya, Kuba, ABŞ, Macarıstan və Rumıniyaya xarici səfərlərdə iştirak edib.

16 Oktyabr 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən müraciəti imzalayan 91 nəfərdən biri olub.

Ədəbi yaradıcılığı

Ədəbi fəaliyyətlə də məşğul olub, “Nəzir Eltəkin” ədəbi təxəllüsü ilə şeir və poemalar yazəb.

Kitabları

  1. Desələr xatırlayın (1955);
  2. İzim qala (1995);
  3. Sarı Laçın (1996);
  4. Ömür körpüsü (1998);
  5. İsmipünhan sorağında (poema) (1998);
  6. Qaçaq Abbas (poema) (2001);
  7. Ömrün son baharı" (şeirlər və poemalar) (2006)/

Təltif və mükafatları

Ədəbiiyyat