Hüseyn Mustafabəyli

Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.
Şəki Ensiklopediyası materialı
Hüseyn Mustafabəyli
Mustafabəyli Hüseyn Lütvəli oğlu
Hüseyn Mustafabəyli
Hüseyn Mustafabəyli, 2017-ci il.
Doğum tarixi 23 noyabr 1954 (1954-11-23) (70 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ Azərbaycan
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzi, landşaftşünaslıq şöbəsi (şöbə müdiri)
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, geoloji-coğrafiya fakültəsi (1970–1975)

 • Azərbaycan SSR EA Geologiya İnstitutu, aspirantura (1980–)
facebook səhifəsi

Hüseyn Mustafabəyli — geologiya-mineralogiya elmləri namizədi, AMEA Şəki Regional Elmi Mərkəzinin landşaftşünaslıq şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının təbiət fənləri və onların tədrisi metodikası kafedrasının baş müəllimi, sabiq ictimai-siyasi fəal, Azərbaycan Xalq Cəbhəsi Şəki Şöbəsinin sabiq sədri və Şəki şəhər icra hakimiyyətinin sabiq başçısı.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

23 noyabr 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1960 – 1970-ci illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,

1970 – 1975-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində təhsil alıb.

1980-ci ildə Azərbaycan SSR EA Geologiya İnstitutunun aspiranturasına qəbul olunub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1975 – 1976-cı illərdə Qazaxıstanın Çezkazçan vilayətində geoloji ekspedisiyada mühəndis-geoloq,

1976-cı ildən Azərbaycan SSR EA Şəki Zona Elmi Bazasında kiçik elmi işçi vəzifəsində işləyib.

1977 – 1979-cu illərdə SSRİ EA QEOXİ İnstitutunda 2 illik stajirovka keçib.

1986 – 1992-ci illərdə Şəki Geofizika observatoriyasının geokimya laboratoriyasında baş geokimyaçı,

1992 – 1993-cü illərdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı,

1993 – 1996-cı illərdə Şəki Müəllimlərin Hazırlığı və Bərpası İnstitutunda təlimatçı vəzifəsində çalışıb.

1996-cı ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzinə baş elmi işçi və geokimya laboratoriyasının rəhbəri vəzifəsinə qəbul olunub[qeyd 1].

İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]

2008-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim vəzifəsində çalışıb.

2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının ləğv edilməsindən sonra həmin ali təhsil müəssisəsinin bazasında yaradılmış Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının təbiət fənləri və onların tədrisi metodikası kafedrasında baş müəllimdir.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1984-cü ildə “Şərqi Qafqazın aalen çöküntülərində indikator elementlərin paylanma qanunauyğunluqları və onların axtarış əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

5-i xaricdə olmaqla çapdan çıxmış 58 elmi əsərin, o cümlədən 5 kitabın (3-ü lüğət (biocoğrafiya, landşaftşünaslıq və geokimya üzrə), 2-si tərcümə) müəllifidir.

Müəlliflik şəhadətnamələrinin və patentlərinin sayı 7-dir.

Elmi əsərlərinin elektron ünvanları[Vizual/Mobil redaktə | HTML redaktə]

Siyahı

Kitablar

  1. BİOCOGRAFİYADAN QISA İZAHLI LÜGƏT
  2. LANDŞAFTŞÜNASLIQ TERMİNLƏRİNİN QISA İZAHLI LÜĞƏTİ
  3. AZƏRBAYCANIN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN TƏBİİ RESURSLARININ LANDŞAFT-DİAQNOSTİK VƏ İQTİSADİ XÜSUSİYYƏTLƏRİ
  4. TƏTBİQİ GEOKİMYANIN BƏZİ PROBLEMLƏRİ
  5. KİŞ ÇAYI HÖVZƏSİNDƏ SEL HADİSƏLƏRİ VƏ ONLARA QARŞI MÜBARİZƏ
  6. GEOKİMYA TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

Elmi məqalələr

  1. AZƏRBAYCANIN ŞƏKİ-ZAQATALA İQTİSADİ-COĞRAFİ RAYONUNUN LANDŞAFTLARININ EKOCOĞRAFİ XÜSUSİYYƏTLƏRİ
  2. AZƏRBAYCANIN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN TORPAQ NÖVLƏRİNİN BİOGEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ
  3. LANDŞAFTLARIN DİAQNOSTİKASINDA BİOGEOKİMYƏVİ GÖSTƏRİCİLƏRİN TƏTBİQ EDİLMƏSİ
  4. AZƏRBAYCANIN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNİN LANDŞAFT QURŞAQLARINDA BİOGEOKİMYƏVİ PROSESLƏRİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
  5. ARİD VƏ HUMİD TİPLİ BİOGEOSENOZLARIN LANDŞAFT DİAQNOSTİK VƏ BİOGEOKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ
  6. AZƏRBAYCANDA URBANİZASİYA PROBLEMİ
  7. BİOGEOMORFOSENOZLAR VƏ ONLARIN SƏCİYYƏVİ BİOGEOKİMYƏVİ VƏ LANDŞAFT EKOCOĞRAFİ XÜSUSİYYƏTLƏRİ
  8. О БИОГЕОХИМИЧЕСКИХ СВОЙСТВАХ ГОРНЫХ ПОРОД, ПОЧВ, ИЛА И РАСТЕНИЙ, РАСПРОСТРАНЕННЫХ НА ЮЖНОМ СКЛОНЕ БОЛЬШОГО КАВКАЗА

Elmi-populyar məqalələr

  1. ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏ AĞAC BİTKİLƏRİNİN YAYILMA SAHƏLƏRİNİN LİTOLOJİ-GEOKİMYƏVİ-LANDŞAFT XÜSUSİYYƏTLƏRİ (“Yer və insan” jurnalı 2019)
  2. EKOCOĞRAFİ TƏZAHÜRLƏR (“Yer və insan” jurnalı 2019)
  3. TƏHLÜKƏLİ SEL HADİSƏLƏRİ (“Yer və insan” jurnalı 2021)
  4. AZƏRBAYCAN İQLİMİ (“Yer və insan” jurnalı 2021)
  5. LANDŞAFTLAR VƏ ONLARIN BİTKİ İNDİKATORLARI (“Yer və insan” jurnalı 2022)
  6. BİR DAHA YOD HAQQINDA “Yer və insan” jurnalı 2022)

İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]

1989 – 1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Şəki Şöbəsinin sədri,

1990 – 1992 ci illərdə AXC-nin Şəki üzrə məclis üzvü,

1993 – 1995 ci illərdə Müsavat partiyasının Şəki təşkilatının sədri olub.

Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. 2014-cü ildən AMEA-nın yeni nizamnaməsinə uyğun olaraq, mərkəzin laboratoriyaları şöbə adlandırılmış və adlarında isə bəzi dəyişikliklər edilmişdir. Buna görə də Hüseyn Mustafabəyli vəzifəsinin adı da dəyişmişdir. O, hal-hazırda AMEA Şəki Regional Elmi Mərkəzinin landşaftşünaslıq şöbəsinin müdiridir. O cümlədən, aparıcı elmi işçidir.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Mustafabəyli Hüseyn // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 313-314. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. Şəki REM-in fəlsəfə doktorları : Mustafabəyli Hüseyn Lütvəli oğlu : [arx. 08.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 08.10.2021.
  3. Landşaftşünaslıq şöbəsi : [arx. 27 Jul 2017 - 10 Sep 2018] // Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 08.10.2021.
  4. Təbiət fənləri və onların tədrisi metodikası kafedrası : [arx. 23 May 2017 - 08 Mar 2020] // ADPU Şəki filialı. — 2020. — 14 avqust. — Müraciət tarixi: 08.10.2021.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]