"Hikmət Hacızadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 57: | Sətir 57: | ||
== Ədəbiyyat == | == Ədəbiyyat == | ||
*{{ŞAZ|1|211}} | *{{ŞAZ|1|211}} | ||
+ | [[az:Hikmət Hacızadə]] | ||
+ | {{Yaxşı məqalə}} |
20:53, 10 noyabr 2020 versiyası
Hikmət Hacızadə | |
---|---|
Hacızadə Hikmət Əbdürrəhim oğlu | |
Hikmət Hacızadə | |
Hikmət Hacızadə | |
Doğum tarixi | 11 noyabr 1954 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Əbdürrəhim Hacızadə |
Həyat yoldaşı | Bahar Hacızadə |
Uşağı | oğlu: Adnan Hacızadə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Peşəsi | fizika-riyaziyyat elmləri namizədi |
Milliyyəti | azərbaycanlı |
İxtisası | fizik |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi ( – 1977) |
Fəaliyyəti | siyasətçi |
Partiya |
Azərbaycan Xalq Cəbhəsi Partiyası (1988 – 1993) Müsavat Partiyası (1993 – 2015) |
Commonsda da Hikmət Hacızadə ilə əlaqəli mediafayllar var |
Hikmət Hacızadə − ictimai-siyasi xadim; Azərbaycan Respublikası baş nazirinin sabiq müavini və Azərbaycanın Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi (1992 − 1993).
Haqqında ətraflı məlumatlar
11 niyabr 1954-cü il tarixdə Bakıda anadan olub.
Təhsili
1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti fizika fakültəsini bitirib.
Əmək fəaliyyəti
1977-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunda əvvəl kiçik elmi işçi, sonra isə böyük elmi işçi vəzifəsində çalışıb.
1992 − 1993-cü illərdə Azərbaycan Respublikasının baş nazirin müavini və Azərbaycanın Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi olub.
Elmi fəaliyyəti
1983-cü ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib.
İctimai-siyasi fəaliyyəti
1988-ci ildən Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin “Svoboda” qəzetinin redaktoru olmuşdur.
1993-cü ildən Müsavat Partiyasının və onun Divanının üzvüdür. Demokratiya və İnsan haqları barəsində biliklərin yayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidentidir. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, “keçid dövrü”nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir.
Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan “Demokratiya haqqında 150 000 işarə” kitabı 1995-ci ildə nəşr edilib. “İnsan Haqları − bəşəriyyətin əsas ideyası” (1997), “Demokratiya: Gediləsi uzun bir yol” (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.
Ailəsi
Evlidir, bir oğlu var.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Hacızadə Hikmət // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 211. — 1.000 nüsx.
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış alimlər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 11 noyabrda doğulanlar
- Noyabrda doğulanlar
- 1954-cü ildə doğulanlar
- Siyasətçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr