"Firəngiz Əsgərzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 1: | Sətir 1: | ||
[[Kateqoriya: F]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]{{Şəxs | [[Kateqoriya: F]][[Kateqoriya:Şəxslər (familiya sırası ilə)|{{Əvvəlcə familiya|{{PAGENAME}}}}]]{{Şəxs | ||
|Adı = Firəngiz Əsgərzadə | |Adı = Firəngiz Əsgərzadə | ||
− | |Orijinal adı = Firəngiz Saleh qızı | + | |Orijinal adı = ''Əsgərzadə Firəngiz Saleh qızı'' |
|Şəkil = Firəngiz Əsgərzadə.jpg | |Şəkil = Firəngiz Əsgərzadə.jpg | ||
|Şəkil miqyası = | |Şəkil miqyası = | ||
Sətir 7: | Sətir 7: | ||
|İlk adı = | |İlk adı = | ||
|Doğum tarixi = {{doğum tarixi və yaşı |1937|11|24}} | |Doğum tarixi = {{doğum tarixi və yaşı |1937|11|24}} | ||
− | |Doğum yeri = Nuxa | + | |Doğum yeri = [[Nuxa]], [[Nuxa rayonu]], {{AzSSR}}, {{SSRİ}} |
|Vəfatı = | |Vəfatı = | ||
|Vəfat yeri = | |Vəfat yeri = | ||
Sətir 28: | Sətir 28: | ||
}} | }} | ||
− | '''Firəngiz | + | '''Firəngiz Əsgərzadə''' – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq əməkdaşı, neft sənayesi sahəsində böyük mühəndis və şöbə müdiri vəzifəsində çalışmış az sayda qadın kadrlardan biri, Şəki Regional Elmi Mərkəzin sabiq elmi işçisi, elmi-texniki və ədəbi ədəbiyyatın azərbaycancadan ruscaya, həmçinin ruscadan azərbaycancaya peşəkar tərcüməçisi. |
==Həyat və fəaliyyəti== | ==Həyat və fəaliyyəti== | ||
Sətir 36: | Sətir 36: | ||
==Ailəsi== | ==Ailəsi== | ||
− | |||
*Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. [[Mövsüm Salamov|Mövsüm Salamovun]] böyük qardaşı olub. | *Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. [[Mövsüm Salamov|Mövsüm Salamovun]] böyük qardaşı olub. | ||
*Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub. | *Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub. |
08:40, 23 noyabr 2020 versiyası
Firəngiz Əsgərzadə | |
---|---|
Əsgərzadə Firəngiz Saleh qızı | |
Anadan olub | 24 noyabr 1937 |
Anadan olduğu yer | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Atası | Saleh Əsgərzadə |
Anası | Həmidə Əsgərzadə |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu, İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsi |
Firəngiz Əsgərzadə – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq əməkdaşı, neft sənayesi sahəsində böyük mühəndis və şöbə müdiri vəzifəsində çalışmış az sayda qadın kadrlardan biri, Şəki Regional Elmi Mərkəzin sabiq elmi işçisi, elmi-texniki və ədəbi ədəbiyyatın azərbaycancadan ruscaya, həmçinin ruscadan azərbaycancaya peşəkar tərcüməçisi.
Həyat və fəaliyyəti
1937-ci ildə Bakıda pedaqoq ailəsində anadan olub. 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirib. 1963-cü ildən Xəzər Dəniz Neft İstehsalat Birliyində mühəndis, 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində böyük mühəndis (1992-1993-cü illərdə şöbə müdiri) işləyib. 2004-cü ildə başqa ölkəyə yaşamağa getməsi ilə əlaqədar öz xahişi işdən çıxmışdır.
Altı il Kanadada – orada yaşamaqda olan oğlunun yanında yaşayarkən, ədəbi yaradıcılıqla – tərcümə işi ilə məşğul olub. İlk öncə ABŞ-da yaşayan keçmiş iş yoldaşı E.B.Karaşın Sovet Azərbaycanının neft sənayesinə aid roman və povestlərini ruscadan azərbaycancaya çevirib. Sonra Hüseynqulu Sarabskinin “Köhnə Bakı” povestini azərbaycancadan ruscaya tərcümə edib. 2011-ci ildə Kanadadan Bakıya dönür, bir il sonra – 2012-ci ildə isə ata-baba yurdu olan Şəkiyə köçür. Şəkidə yaşayarkən, Şəki Regional Elmi Mərkəzi ilə elmi əməkdaşlıq edir. Onun peşəkar tərcümə işləri Şəki Regional Elmi Mərkəzi rəhbərliyinin diqqətindən kənarda qalmır, nəticədə Elmi Mərkəzə işə götürülür və 2015-2016-cı illərdə burada elmi fəaliyyətlə, o cümlədən, elmi-texniki, həmçinin bədii ədəbiyyatın tərcüməsi işi ilə məşğul olur.
Ailəsi
- Atası: Saleh Əsgərzadə – Nuxadan Bakıya köçənlərdən idi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 36 il riyaziyyat müəllimi işləyib. Mövsüm Salamovun böyük qardaşı olub.
- Anası: Həmidə Əsgərova – Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin məzunu idi. Ədəbiyyat müəllimi olub – Bakı kəndlərində qadın savadsızlığının ləğv olunmasında fəal iştirak edib. Bir çox görkəmli ziyalının, o cümlədən, xalq yazıçısı İlyas Əfəndiyevin müəllimi olub.
- Bacı-qardaşları: Ruhəngiz və Nərgiz adlı iki bacısı, Çingiz və Pərviz adlı iki qardaşı olub. Pərviz ailənin sonuncu övladı olsa da çox erkən yaşlarında, hələ aspiranturada təhsil alarkən dünyasını dəyişib.
- Evladları: Mehriban Abdullayeva, 1960-cı il təvəllüdlü, memardır. Mais Abdullayev, 1964-cü il təvəllüdlü, mühəndis-geofizik. Hal-hazırda hər ikisi Kanadada yaşamaqdadırlar.
- Nəvə-nəticələri: üç nəvəsi, bir nəticəsi var.