"Cəlil Hüseynov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 40: | Sətir 40: | ||
===Təhsili=== | ===Təhsili=== | ||
+ | Nuxa şəhər məktəbində təhsil alıb. | ||
+ | |||
+ | 1919-cu ildə Tiflis giminaziyasını, | ||
+ | |||
1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib. | 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib. | ||
23:42, 24 dekabr 2020 versiyası
Cəlil Hüseynov | |
---|---|
Hüseynov Cəlil Yusif oğlu | |
Cəlil Hüseynov | |
Doğum tarixi | 28 dekabr 1896 |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 21 mart 1979 (82 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | tibb |
İş yeri | Azərbaycan Dövlət Tibb İnstitutunda patoloji anatomiya kafedrasının müdiri |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti, tibb fakültəsi |
Həyat yoldaşı | Leyla Adıgözəlova |
Evladları | Fərid Hüseynov, Gülarə Hüseynova, Ədilə Hüseynova |
Üzvlüyü | Azərbaycan SSR EA-nın həqiqi üzvü |
Mükafatları |
|
Cəlil Hüseynov (Hüseynov Cəlil Yusif oğlu; d. 28 dekabr 1896-cı ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 21 mart 1979-cu ildə, Bakı, Azərbaycan SSR, SSRİ) – azərbaycanlı alım, sovet patanatomu və Azərbaycanda patoloji anatomiyanın banilərindən biri[1], Azərbaycan Dövlət Tibb İnstitutunun patoloji anatomiya kafedrasının müdiri (1946 – 1979), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1967-ci ildən).
Haqqında məlumatlar
1896-cı ildə Nuxada anadan olub.
Təhsili
Nuxa şəhər məktəbində təhsil alıb.
1919-cu ildə Tiflis giminaziyasını,
1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsini bitirib.
Əmək fəaliyyəti
1924 – 1946-cı illərdə akademik İ.İ.Şirokoqorovun rəhbərlik etdiyi patoloji anatomiya kafedrasında assistent, dosent, 1936-cı ildən sonra isə professor vəzifəsində çalışıb.
1946 – 1979-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun patoloji anatomiya kafedrasının müdiri, eyni zamanda Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş patoloqanatomu olub.
Elmi fəaliyyəti
1925-ci ildə “Muğan malyariya ekspedisiyası”nın Cənub – Muğan qrupuna rəhbərlik edib.
1936-cı ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb.
1959-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü,
1967-ci ildə isə həqiqi üzvü seçilib.
200-ə yaxın elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitinin, o cümlədən, azərbaycan dilində “Ümumi patoloji anatomiya” (1963), “Xüsusi patoloji anatomiya” (1977) dərsliklərinin[2], həmçinin, apardığı elmi tədqiqat işlərinin nəticələrinin yekunu kimi “Periferik sinir sisteminin – reseptor və sinapsların patomorfologiyası barədə” (1957) və “Patologiya şəraitində və sinapslarda struktur dəyişikliklər (makro-, mikro- və elektron mikroskopik dəyişikliklər)” (1965) adlı 2 klassik monoqrafiyanın müəllifidir.
İlk dəfə Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində histologiya, mikrobiologiya, patoloji anatomiya fənlərindən Azərbaycan dilində mühazirə və praktik dərslər aparıb.
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının təklifi ilə histologiya, patoloji anatomiya və patoloji fiziologiya üzrə azərbaycan dilində 2500 termindən ibarət terminoloji lüğət tərtib etmişdir. Onun məsləhətçiliyi və rəhbərliyi altında 15 doktorluq, 28 namizədlik dissertasiyası müdafiə olunub. Xarici ölkələrdə təşkil edilən bir sıra beynəlxalq qurultay, konfrans və simpoziumlarda iştirak etmiş, elmi məruzələrlə çıxış etmişdir.
Elmi-ictimai aktivliyi
1946-cı ildən Azərbaycan Patoloqlar Cəmiyyətinin sədri,
1971-ci ildən Ümumittifaq Patoloji Anatomiya Cəmiyyətinin fəxri üzvü,
1976-cı ildən Azərbaycan Sovet Ensiklopediyası redaksiya şurasının üzvü olub.
Mükafatları
- Azərbaycan SSR əməkdar elm xadimi adı (1957);
- “Lenin” ordeni, 2 dəfə;
- “Qırmızı Əmək Bayrağı” ordeni, 2 dəfə;;
- “Şərəf nişanı” ordeni;
- medallar.
Vəfatı
21 mart 1979-cu il tarixdə – 82 yaşında, Bakıda vəfat edib.
Xatirəsi
Şəkidə adına küçə var.
Ailəsi
Həyat yoldaşı: Leyla Adıgözəlova, həkim-terapevt;
Oğlu: Fərid Hüseynov, mühəndis-elektronik;
Qızları: Gülarə Hüseynova – tibb elmləri namizədi, dosent, patomorfoloq elektronomikroskopist; Ədilə Hüseynova – fizik, Moskva Dövlət Universitetinin məzunu.
Nəvələri: Elmira Nəcəfova – həkim-psixoterapevt; Murad Hüseynov – pianist musiqiçi, Azərbaycan respublikasının əməkdar artisti; Fuad və Fərhad Hüseynovlar – musiqiçi və damaçı; Zaur Hüseynov – mühəndis; Leyla Məmmədova – kafedra dosenti.
İstinad və qeydlər
- ↑ Hüseynov // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 290. — 80.000 nüsx.
- ↑ “Ümumi patoloji anatomiya” (1963) və “Xüsusi patoloji anatomiya” (1977) dərsliklərinə görə 1979-cu ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.
İstifadə edilmiş mənbələr
- Hüseynov // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 290. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Hüseynov Cəlil // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 244-245. — 1.000 nüsx.
- Azərbaycan Milli Elmlər Akademiyası. "Hüseynov Cəlil Yusif oğlu/ Vəfat etmiş həqiqi üzvlər". http://science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 28 Mar 2018 – 18 Jul 2019 tarixində arxivləşdirilib.
- ASE-yə istinad olunan məqalələr
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış görkəmli şəxslər
- 1896-cı ildə doğulanlar
- 28 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 21 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Lenin ordeninin kavalerləri
- "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) laureatları
- "Şərəf Nişanı" ordeni laureatları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr