"Süleyman Eldarov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 49: Sətir 49:
 
9 yanvar 1942-ci il tarixində hərbi xidmətə çağırılıb.
 
9 yanvar 1942-ci il tarixində hərbi xidmətə çağırılıb.
  
18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, [[:ru:1-й Украинский фронт|I Ukrayna cəbhəsi]]) yefreytoru idi və onun daxil olduğu topçu heyət düşmənin [[:ru:Чернелица|Çernelisa]]<ref>indiki [[:ru:Ивано-Франковская область|İvano-Frankov vilayəti]] (Ukrayna).</ref> yaşayış mantəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstə) məhv etmişdir.  
+
18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, [[:ru:1-й Украинский фронт|I Ukrayna cəbhəsi]]) yefreytoru idi və onun daxil olduğu topçu heyət düşmənin [[:ru:Чернелица|Çernelisa]]<ref>indiki [[:ru:Ивано-Франковская область|İvano-Frankov vilayəti]] (Ukrayna).</ref> yaşayış məntəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstə) məhv etmişdir.  
  
 
24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı [[:ru:Загуже|Zaqruje]] kəndində onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib. Həmin vaxt 829-cu artilleriya polkunun top komandirinin müavini idi.
 
24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı [[:ru:Загуже|Zaqruje]] kəndində onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib. Həmin vaxt 829-cu artilleriya polkunun top komandirinin müavini idi.
Sətir 59: Sətir 59:
 
24 iyun 1945-ci il tarixdə Qızıl meydanda (Moskva) keçirilən [[:ru:Парад Победы|Qərəbə paradında]] iştirak etmişdir.
 
24 iyun 1945-ci il tarixdə Qızıl meydanda (Moskva) keçirilən [[:ru:Парад Победы|Qərəbə paradında]] iştirak etmişdir.
  
1945-ci ilin dekabrında starşina əsgəri rütbəsi ilə ordudan təxris olunub.  
+
1945-ci ilin dekabrında starşina əsgəri rütbəsi ilə ordudan tərxis olunub.  
  
===Siyasi aktivliyi===
+
===Böyük Vətən müharibəsindən sonra===
1944-cü ildən {{ÜK(b)P}}-nın üzvü olub.
+
1945-ci ilin dekabrında ordudan tərxis olunduqdan sonra Nuxaya qayıtmış, Nuxa şəhər məişət xidməti kombinatında zərgər peşəsində işləmişdir.  
  
===Böyük Vətən müharibəsindən sonra===
+
1975-ci ildə Konstantin Simonovun çəkdiyi “Əsgər getdi” ({{dil-ru|Шел солдат}}) adlı sənədli filmində ona aid ani bir süjet də göstərilib və qeyd olunub ki, {{sitat2|1943-cü ilin yayında – Kursk döyüşlərində, top komandiri baş leytenant Sergey Rudenko həlak olur, Süleyman Eldarov komandirliyi öz üzərinə götüərək dərhal pulemyot arxasına keçir və atəş açmağa başlayır, bundan sonra yaralansa da, atəşi dayandırmır.}} Həmçinin, filmdə müharibədən çox sonralar Süleyman Eldarovdan götürülmüş müsahibə də yer alıb  {{Bax|#Videolar|2}}.
1945-ci ilin dekabrında ordudan təxris olunduqdan sonra Nuxaya qayıtmış, Nuxa şəhər məişət xidməti kombinatında zərgər peşəsində işləmişdir.  
 
  
1975-ci ildə Konstantin Simonovun çəkdiyi “Əsgər getdi” ({{dil-ru|Шел солдат}}) adlı sənədli filmində ona aid ani bir süjet də göstərilib və qeyd olunub ki, “''1943-cü ilin yayında – Kursk döyüşlərində, top komandiri baş leytenant Sergey Rudenko həlak olur, Süleyman Eldarov komandirliyi öz üzərinə götüərək dərhal pulemyot arxasına keçir və atəş açmağa başlayır, bundan sonra yaralansa da, atəşi dayandırmır''”. Həmçinin, filmdə müharibədən çox sonralar Süleyman Eldarovdan götürülmüş müsahibə də yer alıb  {{Bax|#Videolar|2}}.
+
Süleyman Eldarov Faşizm üzərində qələbənin 40 illiyi münasibəti ilə 9 may 1985-ci il tarixdə Qızıl meydanda keçirilən paradda da iştirak etmişdir.  
  
Qələbənin 40 illiyi münasibəti ilə 9 may 1985-ci il tarixdə Qızıl meydanda keçirilmiş paradda da iştirak etmişdir.  
+
===Siyasi aktivliyi===
 +
1944-cü ildən {{ÜK(b)P}}-nın üzvü olub.
  
 
===Təltifləri===
 
===Təltifləri===
Sətir 78: Sətir 78:
 
* I dərəcəli [[:ru:Орден Отечественной войны| "Vətən Müharibəsi" ordeni]];
 
* I dərəcəli [[:ru:Орден Отечественной войны| "Vətən Müharibəsi" ordeni]];
 
* [["İgidliyə görə" medalı (SSRİ)|“İgidliyə görə” medalı (SSRİ)]] (3 yanvar 1944-cu il tarixli fərmanla);
 
* [["İgidliyə görə" medalı (SSRİ)|“İgidliyə görə” medalı (SSRİ)]] (3 yanvar 1944-cu il tarixli fərmanla);
* digər medlallar.
+
* digər medallar.
  
 
===Vəfatı===
 
===Vəfatı===

05:13, 15 yanvar 2021 versiyası

Süleyman Eldarov
Eldarov Süleyman Əsgər oğlu
rus.: Эльдаров Сулейман Алескер огли
Süleyman Eldarov
Süleyman Eldarov, 1970-ci il.
Doğum tarixi 10 yanvar 1922(1922-01-10)
Doğum yeri Nuxa, Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1920-1921).svg Azərbaycan SSR
Vəfat tarixi 1995(1995-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (73 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Hərbi fəaliyyəti
Qoşun növü artilleriya
Rütbə 1943iart-pf15r.png
Hərbi hissə 211-ci atıcı diviziya
Təltifləri I dərəcəli "Vətən Müharibəsi" ordeniSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svg"İgidliyə görə" medalı

Süleyman Eldarov (1922 – 1995) — SSRİ “Şöhrət” ordeninin tam kavaleri (bu Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir). Böyük Vətən müharibəsində (1941 – 1945) 38-ci sovet ordusunun 829-cu artilleriya polkunun 211-ci atıcı diviziyasında top komandirinin müavini (rus.: наводчик), top komandiri olub.

Haqqında məlumatlar

10 yanvar 1922-ci ildə Nuxada, fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada orta təhsil alıb.

Böyük Vətən müharibəsində

9 yanvar 1942-ci il tarixində hərbi xidmətə çağırılıb.

18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, I Ukrayna cəbhəsi) yefreytoru idi və onun daxil olduğu topçu heyət düşmənin Çernelisa[1] yaşayış məntəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstə) məhv etmişdir.

24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı Zaqruje kəndində onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib. Həmin vaxt 829-cu artilleriya polkunun top komandirinin müavini idi.

26 iyul 1944-cü il tarixdə, Lvov şəhərindən 13 km cənubunda yerləşən Lipinki yaşayış məntəqəsi yaxınlığında düşmənin iki əks-hücumunu dəqiq atəşlərlə dəf edib. Bu isə atıcı bölmələrin Lvov – Strıy magistral yolunu tutmasına imkan yaradıb. Bu döyüşdə yaralansa da döyüş meydanını tərk etməyib.

9 fevral 1945-ci il tarixdə Polşanın Rabka şəhərindən 10 kilometr cənubda yerləşən Yasenisa kəndi yaxınlığında baş verən döyüşlərdə 829-cu artilleriya polkunun top komandiri (211-ci atıcı diviziyası, 38-ci ordu, IV Ukrayna cəbhəsi) serjant Süleyman Eldarovun başçılıq etdiyi topçu heyət əsas qüvvələrlə əlaqəni itirsələr də, üç gün ərzində düşmənin doqquz əks-hücumunu dəf etmiş, düşmənin, zirehli nəqliyyat vasitəsini və avtomobili sıradan çıxarmış, faşistlərin azı bir taqımını məhv etmişdir.

24 iyun 1945-ci il tarixdə Qızıl meydanda (Moskva) keçirilən Qərəbə paradında iştirak etmişdir.

1945-ci ilin dekabrında starşina əsgəri rütbəsi ilə ordudan tərxis olunub.

Böyük Vətən müharibəsindən sonra

1945-ci ilin dekabrında ordudan tərxis olunduqdan sonra Nuxaya qayıtmış, Nuxa şəhər məişət xidməti kombinatında zərgər peşəsində işləmişdir.

1975-ci ildə Konstantin Simonovun çəkdiyi “Əsgər getdi” (rus.: Шел солдат) adlı sənədli filmində ona aid ani bir süjet də göstərilib və qeyd olunub ki,

" 1943-cü ilin yayında – Kursk döyüşlərində, top komandiri baş leytenant Sergey Rudenko həlak olur, Süleyman Eldarov komandirliyi öz üzərinə götüərək dərhal pulemyot arxasına keçir və atəş açmağa başlayır, bundan sonra yaralansa da, atəşi dayandırmır. "

Həmçinin, filmdə müharibədən çox sonralar Süleyman Eldarovdan götürülmüş müsahibə də yer alıb .

Süleyman Eldarov Faşizm üzərində qələbənin 40 illiyi münasibəti ilə 9 may 1985-ci il tarixdə Qızıl meydanda keçirilən paradda da iştirak etmişdir.

Siyasi aktivliyi

1944-cü ildən ÜK(b)P-nın üzvü olub.

Təltifləri

Vəfatı

1995-ci ildə – 73 yaşında vəfat edib.

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib

Videolar

Aşağıdakı videonun 35:15-ci saniyəsində Eldar Süleymanov danışmağa başlayır ↓
Aşağıdakı videonun 4:03-cü saniyəsində Eldar Süleymanov danışmağa başlayır ↓


Eldar Süleymanovun nəvəsi Aylin Mustafazadənin babası haqqında hazırladığı video-çarx ↓
ARB Şəki televiziyası tərəfindən Eldar Süleymanov haqqında hazırlanmış video-çarx;
1:51-ci saniyədən sonra Konstantin Simonovun sənədli filmindən süjet göstərilir↓

İstinadlar və qeydlər

  1. indiki İvano-Frankov vilayəti (Ukrayna).

Ədəbiyyat

  • Mete Ə. Qələbə paradının iştirakçısı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 431 – 432. — 500 nüsx.
  • Məmmədov Ə., Xalıqov F. Eldarov Süleyman // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 73. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  • "Эльдаров Сулейман Алескер Оглы". https://encyclopedia.mil.ru/ (русский). Минобороны России. 14 Jan 2021 tarixində arxivləşdirilib.
  • "ЭЛЬДАРОВ СУЛЕЙМАН АЛЕСКЕР ОГЛУ". http://www.savash-az.com/ (русский). САВАШ. 22 Nov 2017 – 31 Jan 2019 tarixində arxivləşdirilib.