Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Süleyman Eldarov

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Süleyman Eldarov
Eldarov Süleyman Ələsgər oğlu
rus.: Эльдаров Сулейман Алескер огли
Süleyman Eldarov
Süleyman Eldarov, 1970-ci il.
Doğum tarixi 10 yanvar 1922(1922-01-10)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1920-1921).svg Azərbaycan SSR
Vəfat tarixi 8 yanvar 1995 (72 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Uşaqları Məlahət Eldarova, Əli Ələsgərov, Sədayə Salamova, Geyran Əliyeva və Məmməd Eldarov
Atası Ələsgər Eldarov
Anası Salatın Eldarova
Həyat yoldaşı Ruqiyyə Əzizova
Hərbi fəaliyyəti
Qoşun növü artilleriya
Rütbə 1943iart-pf15r.png
Hərbi hissə 211-ci atıcı diviziya
Təltifləri I dərəcəli "Vətən Müharibəsi" ordeniSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svgSU Order of Glory ribbon.svg"İgidliyə görə" medalı

Süleyman Eldarov (1922–1995) — SSRİ “Şöhrət” ordeninin tam kavaleri (bu Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir). Böyük Vətən müharibəsində (1941–1945) 38-ci sovet ordusunun 829-cu artilleriya polkunun 211-ci atıcı diviziyasında top dolduran, tuşlayıcı (top komandirinin müavini) (rus.: наводчик), top komandiri olmuşdur.

Haqqında məlumatlar

10 yanvar 1922-ci il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.

Təhsili

Nuxada orta təhsil alıb.

Böyük Vətən müharibəsində

9 yanvar 1942-ci il tarixində hərbi xidmətə çağırılıb.

18 aprel 1944-cü il tarixdə 829-cu artilleriya polkunun (211-ci atıcı diviziyası, 38-ci ordu, I Ukrayna cəbhəsi) yefreytoru idi və onun daxil olduğu topçu heyət düşmənin Çernelisa[1] yaşayış məntəqəsinə üç əks-hücumunu dəf etmiş, hitlerçi avtomatçıların azı bir bölüyünü (10 – 12 nəfərlik dəstə) məhv etmişdir.

24 iyul 1944-cü il tarixdə, gecə Lvov şəhərinin 13 km cənubundakı Zaqruje kəndində onun daxil olduğu topçu heyət 15-dən çox hitlerçini məhv edib. Həmin vaxt 829-cu artilleriya polkunda tuşlayıcı (top komandirinin müavini) idi və yefreytor hərbi rütbəsində idi[2].

26 iyul 1944-cü il tarixdə, Lvov şəhərindən 13 km cənubunda yerləşən Lipinki yaşayış məntəqəsi yaxınlığında düşmənin iki əks-hücumunu dəqiq atəşlərlə dəf edib. Bu isə atıcı bölmələrin Lvov – Strıy magistral yolunu tutmasına imkan verib. Həmin döyüşdə yaralansa da döyüş meydanını tərk etməyib.

9 fevral 1945-ci il tarixdə Polşanın Rabka şəhərindən 10 kilometr cənubda yerləşən Yasenisa kəndi yaxınlığında baş verən döyüşlərdə 829-cu artilleriya polkunda top komandiri (211-ci atıcı diviziyası, 38-ci ordu, IV Ukrayna cəbhəsi) olan serjant Süleyman Eldarovun başçılıq etdiyi topçu heyət əsas qüvvələrlə əlaqəni itirsələr də, üç gün ərzində düşmənin doqquz əks-hücumunu dəf etmiş, düşmənin, zirehli nəqliyyat vasitəsini və avtomobilini sıradan çıxarmış, faşistlərin azı bir taqımını məhv etmişdir. Həmin vaxt serjant hərbi rütbəsində idi və döyüşdə göstərdiyi şücaətə görə I dərəcəli “Şöhrət” ordeni ilə təltif edilməsi üçün hərbi hissədən baş qərargaha təqdimat göndərilmişdir[2].

Süleyman Eldarov 24 iyun 1945-ci il tarixdə Qızıl meydanda (Moskva) keçirilən Qərəbə paradında iştirak edib.

1945-ci ilin dekabrında starşina əsgəri rütbəsi ilə ordudan tərxis olunub.

Böyük Vətən müharibəsindən sonra

Süleyman Eldarov ordudan tərxis olunduqdan sonra Nuxaya qayıtmış, Nuxa şəhər məişət xidməti kombinatında zərgər peşəsində çalışmışdır.

1975-ci ildə Konstantin Simonovun çəkdiyi “Əsgər gedirdi” (rus.: Шел солдат) adlı sənədli filimdə ona aid ani bir süjet də gedib və qeyd olunub ki,

" 1943-cü ilin yayında – Kursk döyüşlərində, top komandiri baş leytenant Sergey Rudenko həlak olur, Süleyman Eldarov komandirliyi öz üzərinə götürərək dərhal pulemyot arxasına keçir və atəş açmağa başlayır, bundan sonra yaralansa da, atəşi dayandırmır. "

Həmçinin, filmdə müharibədən çox sonralar Süleyman Eldarovdan götürülmüş müsahibə də yer alıb .

Süleyman Eldarov faşizm üzərində qələbənin 40 illiyi münasibəti ilə 9 may 1985-ci il tarixdə Qızıl meydanda keçirilmiş paradda da iştirak etmişdir.

Siyasi aktivliyi

1944-cü ildən ÜK(b)P-nın üzvü olub.

Təltifləri

Vəfatı

8 yanvar 1995-ci il tarixdə – 72 yaşında, Şəkidə vəfat edib.

Xatirəsi

Şəki şəhərində bir küçəyə adı verilib.

Videolar

Eldar Süleymanovun nəvəsi Aylin Mustafazadənin babası haqqında hazırladığı video-çarx ↓
ARB Şəki televiziyası tərəfindən Eldar Süleymanov haqqında hazırlanmış video-çarx;
1:51-ci saniyədən sonra Konstantin Simonovun sənədli filmindən süjet göstərilir↓

İstinadlar və qeydlər

Ədəbiyyat

  1. Ельдаров Сулейман Александрович : [arx. 09.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 09.01.2022.
  2. Эльдаров Сулейман Алескерович : [arx. 09.01.2022] : [rus.] // Память народа. — Müraciət tarixi: 09.01.2022.
  3. Zərgərlər // Şəkidə məhəllə adları, soyadlar və ləğəblər / Zəkəriyyə Əlizadə və Sevinc Bəharəddin qızı. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2004. — 2 kitab. — I  kitab. — Səhifələrin sayı:  345. — Səh.: 288-290. — 550 nüsx.
  4. Mete Ə. Qələbə paradının iştirakçısı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 431-432. — 500 nüsx.
  5. Məmmədov Ə., Xalıqov F. Eldarov Süleyman // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 73. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  6. "Эльдаров Сулейман Алескер Оглы". https://encyclopedia.mil.ru/ (русский). Минобороны России. 14 Jan 2021 tarixində arxivləşdirilib.
  7. "ЭЛЬДАРОВ СУЛЕЙМАН АЛЕСКЕР ОГЛУ". http://www.savash-az.com/ (русский). САВАШ. 22 Nov 2017 – 31 Jan 2019 tarixində arxivləşdirilib.

Aidiyyəti linklər