"Baxşəli Axundov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 81: | Sətir 81: | ||
| il = 1977 | | il = 1977 | ||
| cild = | | cild = | ||
− | | səhifə = 21, 24, 25, 34 | + | | səhifə = 21, 24, 25, 34 |
| sütunlar = | | sütunlar = | ||
| səhifələr = | | səhifələr = |
13:44, 13 mart 2021 versiyası
Baxşəli Axundov | |
---|---|
Axundov Baxşəli Kazım oğlu | |
Baxşəli Axundov, 1976-cı il | |
Digər adı | Baxşəli əfəndi |
Anadan olub | 1898 |
Anadan olduğu yer | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat edib | 1985 |
Vəfat etdiyi yer | Şəki, Azərbaycan SSR, SSRİ |
Atası | Molla Kazım |
Vətəndaşlıq | SSRİ |
Baxşəli Axundov (Axundov Baxşəli Kazım oğlu; d. 1898-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – Şəkidə teatrın, musiqi texnikumunun, uşaq musiqi məktəblərinin, diyarşünaslıq muzeyinin yaradılmasında çox böyük əməyi olmuş ziyalı. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “yeriyən canlı ensiklopediya” da adlandırılıb[1].
Haqqında məlumatlar
1898-ci ildə Nuxada anadan olub.
Təhsili
İlk təhsilini Nuxada, atasının direktor olduğu məktəbdə alıb. Daha sonra Parisdə (Fransa) natamam tibb təhsili almışdır.
Əmək fəalliyyəti
Bir müddət İranda müəllimlik etmiş, sonra Nuxaya qayıtmış, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri və s. vəzifələr tutmuşdur.
1936-cı ildə Kirovabadda (indiki Gəncə) qəzet redaksiyasında şöbə müdiri idi.
1959 – 1985-ci illərdə, əvvəl Nuxa Musiqi Texnikumunun, sonra isə Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru olub.
Həbsi
1937 – 1947-ci illərdə repressiyaya məruz qalmış və həbsdə olmuşdur. 1956-cı ildə bəraət alıb[2].
Teatr fəaliyyəti
Həmçinin, 1920-ci ildə Nuxada Fəhlə-kəndli klubu nəzdində teatr qrupu təşkil etmişdir. SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı:
Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[3]. |
Jurnalistlik fəaliyyəti
Dövrü-mətbuatda «B.A» (“Kommunist”, “Yeni fikir” 1924 − 1937; “Şəki fəhləsi”, 1925), «Bəka» (“Kommunist”, “Yeni fikir”, “Yeni yol”, “Nuxa fəhləsi”, 1922 − 1937), «Bəxşəli» (“Şəki fəhləsi”, 1925), «Quqkay» (“Molla Nəsrəddin”, 1923), «Kazımlı» (“Yeni fikir”, “Kommunist”, “Kəndçi qəzeti”), «Maqqay» (“Molla Nəsrəddin”, 1925) imzaları ilə[4] müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çalışmışdır.
Vəfatı
1985-ci ildə Şəkidə vəfat edib.
İstinadlar
- ↑ ŞGS, 2018, s. 182.
- ↑ OTÖ, 2006, s. 111.
- ↑ Təranə Məhərrəmova, 2017.
- ↑ Məmmədli Q., 1977, s. 21, 24, 25, 34.
Ədəbiyyat
- Mete Ə. Axundov Baxşəli Kazım oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 111 – 112. — 500 nüsx.
- Orsər R. Baxşəli Axundov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 182. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 21, 24, 25, 34. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
- Təranə Məhərrəmova (2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.
- B
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış aktyorlar
- Şəkidən çıxmış teatr xadimləri
- Şəkidən çıxmış pedaqoqlar
- 1898-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 1985-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “O torpağın övladları” kitabına istinad olunan məqalələr
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr