"Məmmədiyyə Cabbarov" səhifəsinin versiyaları arasındakı fərqlər
Sətir 72: | Sətir 72: | ||
==Ədəbiyyat== | ==Ədəbiyyat== | ||
# {{ŞGS|225 – 228}} | # {{ŞGS|225 – 228}} | ||
+ | |||
+ | {{Yaxşı məqalə}} |
16:40, 13 mart 2021 versiyası
Məmmədiyyə Cabbarov | |
---|---|
Cabbarov Məmmədiyyə Süleyman oğlu | |
Məmmədiyyə Cabbarov. | |
Digər adı | Məmmədiyyə Süleymanlı |
Anadan olub | 1910 |
Vəfat edib | 30 mart 1997 (87 yaşında) |
Uşağı | Qurtuluş Süleymanlı |
Təhsili |
Bakı Pedaqoji Texnikumu ( – 1931) Azərbaycan Müəllimlər İnstitutunu ( – 1931, qiyabi) |
Məmmədiyyə Cabbarov (1910 – 1997) — yazıçı, publisist və jurnalist. Müxtəlif illərdə Nuxa radio verilişləri redaksiyasının baş redaktoru, “Nuxa fəhləsi” qəzetinin məsul katibi və redaktor müavini, “İpəkçi” qəzetinin redaktoru və s. vəzifələrdə çalışmışdır.
Haqqında məlumatlar
1910-cu ildə Nuxada, tacir ailəsində anadan olub.
Təhsili
1931-ci ildə Bakı Pedaqoji Texnikumunu,
1936-cı ildə Azərbaycan Müəllimlər İnstitutunu (qiyabi) bitirib.
Əmək fəaliyyəti
1931-ci ildən müəllim kimi əmək fəaliyyətinə başlayıb.
Sonralar bir sıra vəzifələrdə işləmiş, o cümlədən,
1945 – 1952-ci illərdə Nuxa – Zaqatala zonası üzrə respublika radiosunun xüsusi müxbiri və Nuxa radio verilişləri redaksiyasının baş redaktoru,
Bir müddət “Nuxa fəhləsi” qəzetində məsul katib, redaktor müavini,
1958 – 1963-ci illərdə “İpəkçi” qəzetinin redaktoru,
1966-cı ildən Bakıda – Azərbaycan SSR “Bilik” Cəmiyyətində, nəşriyyat direktoru olub.
Əmək fəaliyyətinin son illərində Azərbaycan SSR “Bilik” Cəmiyyətinin Şəki şöbəsinin rəhbəri vəzifəsində işləyib.
Digər
Böyük Vətən müharibəsində (1941 – 1945) iştirakç etmiş, yaralanaraq ordudan tərxis olunmuşdur.
Ədəbi-publisistik fəaliyyəti
1924-cü ildən – 14 yaşından, ədəbi fəaliyyətə başlayıb. Yazıları “Kirpi”, “Azərbaycan”, “Elm və həyat” jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Kommunist” və s. qəzetlərdə çap olunub.
1936-cı ildən Azərbaycan SSR Yazıçılar İttifaqının,
1958-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub.
Ədəbiyyat
- Orsər R. Məmmədiyyə Cabbarov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 225 – 228. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış jurnalistlər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəkidən çıxmış şair və yazıçılar
- 1910-cu ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 30 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 1997-ci ildə vəfat edənlər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidən gələn səslər” kitabına istinad olunan məqalələr