Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs 4169 7388 5183 5607 (05/26 VISA) Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı...

"Vasim Məmmədəliyev" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 51: Sətir 51:
  
=== Elmi fəaliyyəti ===
 
=== Elmi fəaliyyəti ===
 +
1968-ci ildə “Müasir ərəb–azərbaycan ədəbi dilində və İraq dialektində feilin zaman zaman formalarının müqayisəli tipoloji təhlili” mövzusunda namizədlik dissertasiyasını,
 +
 +
1974-cü ildə isə “Müasir ərəb dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
 +
 
1978-ci il professor elmi adını alıb.
 
1978-ci il professor elmi adını alıb.
  
Sətir 61: Sətir 65:
 
30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr olunub.
 
Akademik Ziya Bünyadov ilə ilə birlikdə sovet dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə ediblər.  
+
Akademik Ziya Bünyadov ilə ilə birlikdə sovet dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə ediblər.
  
=== Əmək fəaliyyəti ===
 
=== Əmək fəaliyyəti ===

20:15, 24 mart 2021 versiyası

Məmmədəliyev Vasim
Məmmədəliyev Vasim Məmmədəli oğlu
Məmmədəliyev Vasim
Vasim Məmmədəliyev 2011-ci il.
Doğum tarixi 27 avqust 1942(1942-08-27)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 13 oktyabr 2019 (77 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elmi dərəcəsi professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət universiteti, şərqşünaslıq fakültəsi, ərəb filologiyası şöbəsi (1959–1964)

Tbilisi Dövlət Universiteti, aspirantura (1965 – 1968)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 1992
"Şərəf" ordeni — 2009“Şöhrət” ordeni (Azərbaycan) — 2002
"Qızıl çinar" beynəlxalq mükafatı — 2017
Commons-logo.svg Commonsda da Məmmədəliyev Vasim ilə əlaqəli mediafayllar var

Vasim Məmmədəliyev (1942–2019) — şərqşünas-alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri.

Haqqında məlumatlar

27 avqust 1942-ci il tarixində Bakının Kürdəxanı kəndində anadan olub.

Təhsili

1949 – 1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbində,

1959 – 1964-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsində,

1965 – 1968-ci illərdə isə Tbilisi Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Elmi fəaliyyəti

1968-ci ildə “Müasir ərəb–azərbaycan ədəbi dilində və İraq dialektində feilin zaman zaman formalarının müqayisəli tipoloji təhlili” mövzusunda namizədlik dissertasiyasını,

1974-cü ildə isə “Müasir ərəb dilində feilin zaman, şəxs və şəkil kateqoriyaları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1978-ci il professor elmi adını alıb.

1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri olub.

2001-ci ildə AMEA-nın müxbir üzvü,

2007-ci ildən müxbir üzvü seçilib.

30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr olunub.

Akademik Ziya Bünyadov ilə ilə birlikdə sovet dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə ediblər.

Əmək fəaliyyəti

1981 – 1991-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin şərqşünaslıq fakültəsinin dekanı,

1991 – 1992-ci illərdə Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət universitetinin prorektoru olub.

1992-ci ildən Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri idi.

Ailəsi

İki qızı, bir oğlu var.

Vəfatı

13 oktyabr 2019-cu il tarixdə – 77 yaşında, Bakıda vəfat edib. Bakıda – II Fəxri Xiyabanda dəfn olunub.

Təltif və mükafatları

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Məmmədəliyev Vasim // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 282 – 283. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Şablon:Yaxşı məqalə