"Həmid Mustafayev" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Vəfatı) |
|||
Sətir 39: | Sətir 39: | ||
|Commons = | |Commons = | ||
}} | }} | ||
− | '''Həmid Mustafayev''' (1932–2011) — metallogeniya, geokimya və petrologiya | + | '''Həmid Mustafayev''' (1932–2011) — metallogeniya, geokimya və petrologiya sahələri üzrə görkəmli mütəxəssis, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar geoloqu, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Geologiya İnstitutunun metallogeniya şöbəsinin müdiri. |
==Haqqında məlumatlar== | ==Haqqında məlumatlar== |
17:37, 7 aprel 2021 versiyası
Həmid Mustafayev | |
---|---|
Mustafayev Həmid Veysəl oğlu | |
Həmid Mustafayev | |
Həmid Mustafayev. | |
Doğum tarixi | 1932 |
Vəfat tarixi | 2011 | (78 yaşında)
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | geologiya-mineralogiya |
İş yeri | AMEA Geologiya İnstitutu, metallogeniya şöbəsi, müdir |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili |
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, coğrafiya-geologiya fakültəsi (1951–1953) M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, geologiya fakültəsi (1953–1956) Mineralogiya, Geokimya, Nadir Elementlərin Kristallokimyası İnstitutu, aspirantura (Moskva, 1960–1963) |
Atası | Veysəl Mustafayev |
Üzvlüyü | AMEA, müxbir üzv |
Mükafatları |
Həmid Mustafayev (1932–2011) — metallogeniya, geokimya və petrologiya sahələri üzrə görkəmli mütəxəssis, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar geoloqu, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Geologiya İnstitutunun metallogeniya şöbəsinin müdiri.
Haqqında məlumatlar
1932-ci ildə Bakıda anadan olub.
Təhsili
1951-ci ildə Bakı şəhər 7 №-li orta məktəbi bitirib.
1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya-geologiya fakültəsinə qəbul olunub.
1953 – 1956-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin geologiya fakültəsində davam etdirib.
1960 – 1963-cü illərdə Mineralogiya, Geokimya, Nadir Elementlərin Kristallokimyası İnstitutunun aspiranturasında (Moskva) təhsil alıb.
Elmi fəaliyyəti
1965-ci ildə elmlər namizədi elmi dərəcəsini,
1975-ci ildə isə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini alıb.
1992-ci ildə professor elmi adını alıb.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
120-dən çox elmi əsəri, o cümlədən 5 monoqrafiyası (3-ü həmmüəlliflərlə) nəşr olunub.
Əmək fəaliyyəti
1956 – 1960-cı illərdə SSRİ Geologiya Nazirliyinin Qırğızıstan və Azərbaycandakı istehsalat müəssisələrində işləyib.
1963-cü ildən Azərbaycan SSR EA Geologiya İnstitutunda çalışıb; o cümlədən,
1977-ci ildən laboratoriya müdiri,
1990-cı ildən metallogeniya şöbəsinin müdiri olub.
Təltif və mükafatları
- “Azərbaycan SSR əməkdar geoloqu” fəxri adı (1991).
Vəfatı
2011-ci ildə 78 yaşında – Bakıda, vəfat edib.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Həmid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 424 – 425. — 1.000 nüsx.
- "Vəfat etmiş müxbir üzvlər Mustafayev Həmid Veysəl oğlu". az. 18 Sep 2018 – 21 Jan 2021 tarixində arxivləşdirilib. (#invisible_char)
- H
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- İşləməyən fayl keçidləri olan səhifələr
- 1932-ci ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 2011-ci ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Azərbaycan SSR əməkdar geoloqları
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr