Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Həmid Mustafayev

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Həmid Mustafayev
Mustafayev Həmid Veysəl oğlu
Həmid Mustafayev
Həmid Mustafayev.
Doğum tarixi 1932(1932-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat tarixi 2011(2011-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (78 yaşında)
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi geologiya-mine­ralogiya
İş yeri AMEA Geologiya İnstitutu­, metal­lo­geniya şöbəsi, müdir
Elmi dərəcəsi geologiya-mine­ralogiya elmləri doktoru
Elmi adı professor
Təhsili

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, coğrafiya-geologiya fakültəsi (1951–1953)

M.V.Lomonosov adına Moskva Dövlət Uni­versiteti, geologiya fakültəsi (1953–1956)

Mineralogiya, Geo­kim­ya, Nadir Elementlərin Kristallokimyası İnstitutu, aspi­­rantura (Moskva, 1960–1963)
Atası Veysəl Mustafayev
Üzvlüyü AMEA, müxbir üzv
Mükafatları "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı

Həmid Mustafayev (1932–2011) — me­tal­logeniya, geokimya və petrologiya sahə­ləri üzrə görkəmli mütəxəssis, geologiya-mine­ralogiya elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar geoloqu, Azər­baycan Milli Elmlər Akademiyası­nın müxbir üzvü, AMEA Geologiya İnstitutu­nun metal­lo­geniya şöbəsinin müdiri.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

1932-ci ildə Bakıda anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1951-ci ildə Bakı şəhər 7 №-li orta məktəbi bitirib.

1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin coğrafiya-geologiya fakültəsinə qəbul olunub.

1953 – 1956-cı illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Uni­versitetinin geologiya fakültəsində davam etdirib.

1960 – 1963-cü illərdə Mineralogiya, Geo­kim­ya, Nadir Elementlərin Kristallokimyası İnstitutunun aspi­­ranturasında (Moskva) təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | əsas redaktə]

1965-ci ildə elmlər namizədi elmi dərəcəsini,

1975-ci ildə isə geologiya-mine­ralogiya elmləri doktoru elmi dərəcəsini alıb.

1992-ci ildə pro­fessor elmi adını alıb.

2001-ci ildə Azər­baycan Milli Elmlər Akademiyası­nın müxbir üzvü seçilib.

120-dən çox elmi əsəri, o cümlədən 5 monoqrafiyası (3-ü həmmüəl­liflərlə) nəşr olunub.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1956 – 1960-cı illərdə SSRİ Geologiya Nazir­liyinin Qır­ğızıstan və Azərbaycandakı istehsalat müəssisələrində işləyib.

1963-cü ildən Azərbaycan SSR EA Geologiya İnstitutunda çalışıb; o cümlədən,

1977-ci ildən laboratoriya müdiri,

1990-cı ildən metal­lo­geniya şöbəsinin müdiri olub.

Təltif və mükafatları[redaktə | əsas redaktə]

  • “Azərbaycan Respublikasının əməkdar geoloqu” fəxri adı – uzun illər səmərəli işlədiyinə və geologiya elminin inkişafına böyük köməklərinə görə (7 iyun 1991-ci il).

Vəfatı[redaktə | əsas redaktə]

2011-ci ildə 78 yaşında – Bakıda, vəfat edib.

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. "Azərbaycan Respublikası Elmlər Akademiyasının akademik İ. M. Qubkin adına Geologiya İnstitutunun bir qrup işçisinə Azərbaycan Respublikasının adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". http://www.e-qanun.az/ (azərb.). E-qanun.az. 7 iyun 1991-ci il. 07 Apr 2021 tarixində arxivləşdirilib.
  2. Məmmədov Ə., Xalıqov F. Mustafayev Həmid // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 424 – 425. — 1.000 nüsx.
  3. "Vəfat etmiş müxbir üzvlər Mustafayev Həmid Veysəl oğlu" (azərb.). az. 18 Sep 2018 – 21 Jan 2021 tarixində arxivləşdirilib. (#text_ignored); (#invisible_char)