"Məmmədəmin Əsgərzadə" səhifəsinin versiyaları arasındakı fərqlər
(→Ailəsi) |
|||
Sətir 48: | Sətir 48: | ||
===Əmək və hərbçi fəaliyyəti=== | ===Əmək və hərbçi fəaliyyəti=== | ||
− | [[Şəkil:Abbasəli_Əliyev4.jpg|thumb| | + | [[Şəkil:Abbasəli_Əliyev4.jpg|thumb|350px|“Qızıl Şərq” hərbi şəhərciyi (Salyan kazarması); birinci sırada sağdan birinci kapitan [[Abbasəli Əliyev]], ikinci sırada sağdan birinci podpolkovnik Məmmədəmin Əsgərzadə...]] |
Tibb İnstitutunu bitirərkən Böyük Vətən Müharibəsi başlayıb və o, Azərbaycan ərazisində təşkil edilmiş 223-cü diviziyanın həkimi olub. Qafqazdan Belqradadək döyüş yolu keçib. | Tibb İnstitutunu bitirərkən Böyük Vətən Müharibəsi başlayıb və o, Azərbaycan ərazisində təşkil edilmiş 223-cü diviziyanın həkimi olub. Qafqazdan Belqradadək döyüş yolu keçib. | ||
20:15, 29 aprel 2021 versiyası
Məmmədemin Əsgərzadə | |
---|---|
Əskərzadə Məmmədemin Əskər oğlu | |
Məmmədemin Əsgərzadə. | |
Doğum tarixi | 1919 |
Doğum yeri | Nuxa, Azərbaycan Cümhuriyyəti |
Vəfat tarixi | 2009 |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Rütbə |
podpolkovnik |
Təltifləri |
Məmədəmin Əsgərzadə (1919–2009) — hərbçi-həkim, Böyük Vətən müharibəsi iştirakçısı, Sovet Ordusu podpolkovniki (polkovnik-leytenant), üç qat “Qırmızı Ulduz” ordeni kavaleri.
Haqqında məlumatlar
1919-cu ildə Nuxada anadan olub.
1933-cü ildə – 14 yaşı olarkən, Bakıda işləyən böyük qardaşı Saleh Əsgərzadənin yanına gedib.
Təhsili
Azərbaycan Tibb İnstitutunu bitirib.
Əmək və hərbçi fəaliyyəti
Tibb İnstitutunu bitirərkən Böyük Vətən Müharibəsi başlayıb və o, Azərbaycan ərazisində təşkil edilmiş 223-cü diviziyanın həkimi olub. Qafqazdan Belqradadək döyüş yolu keçib.
Digər
Azərbaycan ərazisində təşkil edilmiş 223-cü diviziya sonralar Belqrad şəhərinin azad edilməsi şərəfinə «223-cü “Qızıl Bayraq”lı Belqrad atıcı diviziyası» adlandırılıb. Diviziyanın polk komandirlərindən biri – Baxış Mehdiyev, 1983-cü ildə rusca çap olunmuş «223-cü Belqrad “Qızıl Bayraq”lısı» adlı kitabında Məmmədemin Əsgərzadə haqqında təəssüratlarını belə bölüşüb:
Qarın nahiyəsinin yaralanması çöl cərrahiyyəsi üçün çox ağır hadisədir. Əgər yaralanandan 1-2 saat sonra cərrahiyyə əməliyyatı keçirmək mümkün olarsa da belə yaradan sağ qalmaq çox nadir halda mümkün olurdu. Cərrah Əsgərzadə əllərini yuyub əlcəklərini taxınca tibb bacıları yaralını soyundurub əməliyyata hazırlayırdılar. ...Emin Əsgərzadə əməliyyat masasına yaxınlaşır. Efir damcıları masanın üzərinə tökülür, yaralının nəfəsi getdikcə sakitləşir. Cərrahın lanseti qarın nahiyəsinin içinə daxil olur, dərini kəsir, sonra piy qatını götürür. Tibb bacısı dayanmadan pambıq tomponlarıyla axan qanı yığır. Əsgərzadənin sifətindəki əzələlər gərginləşir.
- Efir əlavə edin! Əsgərzadə Emin ehtiyatla sanki xırda qırma ilə doğranmış bağırsaqları aralayır. - Güllə yan tərəfdən dəyib, bütün bağırsaqlar yaralanıb – cərrahın alnında yaranmış qırışlar tər damcılarıyla örtülür. Tibb bacıları həyəcan və ümidlə cərrahın hərəkətlərini izləyirlər. Onlar ümid etmək istəyirlər ki cərrahın qızıl əlləri bu dəfə də qalib gələcəklər. Axı neçə dəfə möcüzə baş vermişdi! Neçə dəfələr bu əllər sönən həyat işığını ölümün cəbhəsindən qopara bilmişdi! Bu cərrah barədə “möcüzə yaradan” insan kimi danışırdılar. Gənc həkimlər onun yanında assistent olmağı özlərinə şərəf hesab edirdilər, yaşlı həkimlər isə onun xüsusi, qeyri-adi bəxtəvərliyə malik olduğunu deyirdilər. Əsgərzadə bir qədər qapalı adam idi, çox danışmaqla arası yox idi. Ancaq əməliyyat ərəfəsində onun sakit inadkarlığı, müayinə zamanı əllərinin xəstəyə toxunma tərzi, yaralanma şəraitinə dair verdiyi suallar yaralı döyüşçülərə sakitləşdirici təsir edir, sağ qalacaqlarına onlarda inam yaradırdı. Onlar hətta - “bu həkim səninlə bir qədər danışan kimi elə bil yüngülləşirsən, - deyə döyüşçülər Emin Əsgərzadə barəsində söyləyirdilər. |
Vəfatı
2009-cu ildə – 91 yaşında, Bakıda vəfat edib.
Ailəsi
.
- Atası: Əsgər Salamov, dəmirçi.
- Anası: Mariyə Hacı Zəkəriyyə qızı.
- Qardaş-bacıları: 1 bacısı və 4 qardaşı olub (şəkildə adları göstərilir).
- Qızı: Məlahət Əskərzadə – həkim-kardioloq.
- Şəkidən çıxmış Böyük Vətən müharibəsi iştirakçıları
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış həkimlər
- Şəkidən çıxmış hərbçilər
- 1919-cu ildə doğulanlar
- Qeyri-müəyyən ayda doğulanlar
- 2009-cu ildə vəfat edənlər
- Qeyri-müəyyən ayda vəfat edənlər
- Podpolkovniklər (SSRİ)
- "Qırmızı Ulduz" ordeni laureatları
- Hərbçilər
- Şəxslər (ad sırası ilə)