Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb.
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Məmmədəmin Əsgərzadə

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Məmmədəmin Əsgərzadə
Əskərzadə Məmmədəmin Əskər oğlu
Məmmədəmin Əsgərzadə
Məmmədəmin Əsgərzadə.
Doğum tarixi 15 may 1919(1919-05-15)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of Azerbaijan 1918.svg Azərbaycan Cümhuriyyəti
Vəfat tarixi 7 fevral 2009 (89 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Uşaqları Səadət, Məlahət və Əsgər
Hərbi fəaliyyəti
Rütbə Подполковник Медицинской службы Красной Армии
podpolkovnik
Təltifləri "Döyüş xidmətlərinə görə" medalı — 1943"Qafqazın müdafiəsinə görə" medalı — 1944"Qırmızı Ulduz" ordeni — 1945"Qırmızı Ulduz" ordeni — 1945"Qırmızı Ulduz" ordeni — 1945SU Medal For the Liberation of Belgrade ribbon.svg“Vyananın alınmasına görə” medalı — 1945“Budapeştin alınmasına görə” medalı — 1945"Döyüş xidmətlərinə görə" medalı — 1953II dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985

Məmmədəmin Əsgərzadə (1919–2009) — həkim-hərbçi, tibb xidməti podpolkovniki (polkovnik-leytenant).

Haqqında məlumatlar

15 may 1919-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1933-cü ildə – 14 yaşı olarkən, Bakıda işləyən böyük qardaşı Saleh Əsgərzadənin yanına gedib.

Təhsili

Azərbaycan Tibb İnstitutunu bitirib.

Əmək və hərbçi fəaliyyəti

“Qızıl Şərq” hərbi şəhərciyi (Salyan kazarması); birinci sırada sağdan birinci kapitan Abbasəli Əliyev, ikinci sırada sağdan birinci podpolkovnik Məmmədəmin Əsgərzadə...

6 noyabr 1942-ci il tarixdə Sovet Ordusunda həkim-hərbçi kimi xidmətə başlayıb. Azərbaycan ərazisində təşkil edilmiş 223-cü diviziyanın həkimi olub. Qafqazdan Belqradadək döyüş yolu keçib.

30 aprel 1971-ci il tarixdə tibb xidməti podpolkovniki (polkovnik-leytenant) hərbi rütbəsi ilə Sovet Ordusundan tərxis olunub.

Digər

Azərbaycan ərazisində təşkil edilmiş 223-cü diviziya sonralar Belqrad şəhərinin azad edilməsi şərəfinə «223-cü “Qızıl Bayraq”lı Belqrad atıcı diviziyası» adlandırılıb. Diviziyanın polk komandirlərindən biri – Baxış Mehdiyev, 1983-cü ildə rusca çap olunmuş «223-cü Belqrad “Qızıl Bayraq”lısı» adlı kitabında Məmmədemin Əsgərzadənin həkim-hərbçi fəaliyyətindən də bəhs edib.

Təltif və mükafatları

Vəfatı

7 fevral 2009-cu il tarixdə – 89 yaşında, Bakıda vəfat edib.

Ailəsi

Mövsüm Salamov bacı-qardaşları ilə birlikdə (Birinci sırada soldan: Saleh Əsgərzadə, Səidə Salamova, Vahid Salamov; ikinci sırada sağdan: Qurbanəli Salamov, Mövsüm Salamov, Məmmədəmin Əsgərzadə)

.

  • Atası: Əsgər Salamov, dəmirçi.
  • Anası: Mariyə Hacı Zəkəriyyə qızı.
  • Qardaş-bacıları: 1 bacısı və 4 qardaşı olub (şəkildə adları göstərilir).
  • Övladları: Səadət Əsgərzadə – texnika elmləri doktoru, Əsgər ƏsgərzadəMəlahət Əskərzadə – həkim-kardioloq.

Ədəbiyyat

  1. Аскер-Заде Мамедэмин Аскер-оглы : [arx. 17.07.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 17.07.2021.
  2. Əsgərzadə F. Bizim nəsil : [arx. 14.07.2021] : [azərb.] // Şəki Ensiklopediyası. — Müraciət tarixi: 14.07.2021.