"Yaşar Bilalov" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 39: Sətir 39:
 
  |Commons              =  
 
  |Commons              =  
 
}}
 
}}
'''Yaşar Bilalov''' (1936–2013) — kimyaçı alım-pedaqoq, texnika elmləri doktoru, professor, [[Azərbaycan Respublikasının əməkdar elm xadimi]]. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri.
+
'''Yaşar Bilalov''' (1936–2013) — tanınmış kimyaçı alım-pedaqoq, texnika elmləri doktoru, professor, [[Azərbaycan Respublikasının əməkdar elm xadimi]]. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri.
  
 
==Haqqında məlumatlar==
 
==Haqqında məlumatlar==

00:07, 13 may 2021 versiyası

Yaşar Bilalov
Bilalov Yaşar Mahmud oğlu
Yaşar Bilalov
Yaşar Bilalov, 1972-ci il.
Doğum tarixi 29 sentyabr 1936(1936-09-29)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 14 may 2013 (76 yaşında)
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
Təhsili

Azərbaycan Sənaye İnstitutu, kimya-texnologiya fakültəsi (1955–1957)

M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutu (1957–1961)

M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutu, aspirantura (1962–1965)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı

Yaşar Bilalov (1936–2013) — tanınmış kimyaçı alım-pedaqoq, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri.

Haqqında məlumatlar

29 sentyabr 1936-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1955-ci ildə Nuxa şəhər M.F.Axundov adına 2 №-li orta məktəbini bitirib.

1955-ci ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olub.

1957-ci ildən təhsilini M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutunda davam etdirib.

1962 – 1965-ci illərdə M.V.Lomonosov adına Moskva Zərif Kimya-Texnologiya İnstitutunun aspiranturasına təhsil alıb.

Elmi fəaliyyəti

1965-ci ildə “Protektor rezinlərinin tərkibinin onların mexaniki xassələrinə təsirinin tədqiqi” mövzusunda namizədlik dissertasiyasını,

1987-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.

1988-ci ildə professor elmi adını alıb.

500-dək elmi əsərin, o cümlədən, dərs vəsaitlərinin müəllifidir.

Tədqiqatları polimerlərin modifikasiyası, onların əsasında müxtəlif məqsədli kompozisiyalar alınmasına həsr olunub.

35 elmlər namizədinin, 5 elmlər doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti

1961 – 1962-ci illərdə Bakı şin zavodunda işləyib.

1965-ci ildən M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda işləməyə başlayıb; əvvəl yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasında müəllim, sonra baş müəllim, daha sonra dosent,

1972 – 2013-cü illərdə kafedranın müdiri,

1977 – 1982-ci illərdə kimya texnologiyası fakültəsinin dekanı,

1988 – 2013-cü illərdə professor vəzifəsində çalışıb.

Təltif və mükafatları

Vəfatı

14 may 2013-cü il tarixdə – 76 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Bilalov Yaşar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 72 – 74. — 1.000 nüsx.
  2. Mete Ə. Fəxri kimyaçı // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 289 – 290. — 500 nüsx.
  3. Bilalov Yaşar Mahmud oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2013. —IV  c. — Səh. 34. — ISBN 978-9952-441-03-1.
  4. "ADNSU-da professor Yaşar Bilalovun 80 illik yubileyi qeyd olunub". https://www.facebook.com/Azii1920.ADNSU/ (azərb.). Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. 29 sentyabr 2016-cı il.

Şablon:Yaxşı məqalə